Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Gələn həftədən "sms icazə" sisteminin ləğv edilməsilə bağlı AÇIQLAMA

Gələn həftədən "sms icazə" sisteminin ləğv edilməsilə bağlı AÇIQLAMA

Tarix: 5-01-2021, 14:43


Xəbəri verdiyimiz kimi Azərbaycanda koronavirusa yoluxanların sayı 7-8 dəfə azalıb. Belə ki, gündəlik yoluxanların sayı 4000-dən 300-ə düşüb. Qeyd edək ki, yoluxmaların sayı kəskin artdığına görə dekabrən 1-dən yanvarın 18-nə kimi ölkə ərazisində karantin rejimi daha sərtləşdirilərək "sms icazə" sisteminə keçirilib. Yoluxanların sayı azalma dinamikası ilə davam edərsə gələn həftədən "sms icazə" sistemi ləğv edilə bilərmi?

Bununla bağlı  danışan tibb professoru Adil Qeybulla bildirib ki, ümumiyyətlə planda var ki, yoluxanların sayı templə azalmağa doğru gedərsə, karantin rejimində müəyyən yumşalmalara gedilsin:

"Əlbəttə bunun üçün gündəlik yoluxmaların sayında azalma dinamikasının davamlı olması vacibdir. Eyni zamanda vaksinasiyanın da başlanılması gözlənilir. Əlbəttə vaksinasiyanın nəticəsini qısa müddət ərzində görmək mümkün deyil. Ən azı 42 gün immunitetin formalaşması üçün zaman lazımdır. Vaksinasiyadan əlavə gələcək immunitetin formalaşması və gündəlik yoluxanların sayındakı azalma tendensiyasının davam etməsi,sərt karantin rejiminin yumşalmasına , o cümlədən "sms icazə"nin ləğv edilməsinə gətirib çıxara bilər. Hər şey mövcud vəziyyətdən asılı olacaq".
 
(sonxeber)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR