Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Bu ölkələr Aİ-92-dən istifadə etmir - SİYAHI

Bu ölkələr Aİ-92-dən istifadə etmir - SİYAHI

Tarix: 5-01-2021, 18:05


Azərbaycanda bu gündən etibarən Tarif Şurasının qərarı ilə Aİ-92 markalı benzinin qiyməti 1 manat, dizel isə 80 qəpik müəyyənləşib. Bu qərar elan edildiyi andan etibarən sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Vətəndaşlar bu artımı zəruri edən səbəblər axtarmağa çalışıblar.

 SOCAR izahatında qeyd edib ki, Aİ-92 markalı benzinin keyfiyyətini artırmaqla ekoloji zərərini azaltmaq, dizelin ekoloji zərərini minimuma endirmək üçün benzinə üstünlük verilməsini təşviq etmək üçün bu addımın zəruri olduğunu qeyd edib.

Belə ki, Aİ-92 markalı benzin dünyanın əksər ölkələrində ekoloji zərərinə görə istifadə edilmir. Hazırda 50-yə yaxın ölkədə Aİ-92 markalı benzin işlənilmir. Onların sırasında Türkiyə, Polşa, Macarıstan, Çexiya, Avstriya, Latviya, İspaniya, Estoniya, İsveçrə, İsveç, Norveç, Niderland, Fransa, Danimarka və Belçika da var. Göründüyü kimi Avropa ölkələrinin 99 faizi ekoloji baxımdan əlverişli olmadığı üçün bu benzindən istifadə etmir.

Digər ölkələrdə isə Aİ-92 markalı benzinin qiyməti Belarusda 1.13 AZN, Gürcüstanda 1.15 AZN, Ermənistanda 1.19 AZN, Ukraynada 1.44 AZN, Moldovada 1.61 AZN, Almaniyada 2.86 AZN-dir.

Aİ-92 markalı benzindən imtina edən ölkələrdə isə Aİ-95 və Aİ-98 markalı benzinə üstünlük verilir. Bu yanacaq növündə isə qiymətlər 3 yaxud 4 ölkədə Azərbaycanda 2-5 qəpik aşağıdır. Əksər ölkələrdə benzinin bu növünün qiyməti 1,5-3,7 manatdır.

Dizel də Azərbaycanda çox istifadə edilən yanacaqdır. MDB və Avropa ölkələrində ən ucuz dizel Azərbaycandadır. Dizel Rusiyada 1,11 manat, Belarusda 1,19 manat, Gürüstanda 1,21 manat, Ermənistanda isə 1,15 manatdır. Digər Avropa ölkələrində isə dizelin qiyməti 1,5-2,8 manat arası dəyişir.

(qafqazinfo)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR