Son Xəbər: Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik,

Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət

Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət

Tarix: 6-01-2021, 13:41


Rusiyada son sutka ərzində daha 24 217 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Bununla ölkədə COVID-19-a yoluxanların 3 308 601 nəfərə çatıb.

Son sutka ərzində 445 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 59 951 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

Ermənistanda isə yeni növ koronavirusa (COVID-19) yoluxanların ümumi sayı 160 853 nəfərə çatıb.

Son sutka ərzində Ermənistanda 309 yeni yoluxma qeydə alınıb, 12 nəfər koronavirusdan ölüb. Bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin sayı 2 890 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 146 576 nəfərdir.

Gürcüstanda sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1800 yoluxma halı qeydə alınıb, 20 nəfər ölüb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 233 879, ölənlərin sayı isə 2 666 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 223 276 nəfərin sağaldığı bildirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR