Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Azərbaycan əhalisi gələcəyə ümidlə baxır, Avropada isə gözləntilər neqativdir - SORĞU

Azərbaycan əhalisi gələcəyə ümidlə baxır, Avropada isə gözləntilər neqativdir - SORĞU

Tarix: 7-01-2021, 12:16


“GALLUP İnternational” Azərbaycanı dünyada iqtisadi ümid indeksinə görə ən yüksək nəticə göstərən ölkələrdəndir.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Qurum iqtisadi ümid indeksində Azərbaycanın mövqeyini 65 balla, ilk üçlükdə qiymətləndirib. İqtisadi ümid indeksi ölkə vətəndaşlarının gələcək iqtisadi perspektivlərlə bağlı gözləntilərinə əsaslanır və vətəndaşlar arasında aparılmış sorğunun nəticələrini əsas götürür.

Mərkəzin departament rəhbəri Ayaz Müseyibov bildirib ki, 1947-ci ildən fəaliyyət göstərən “GALLUP İnternational” təşkilatı dünyada müxtəlif sosioloji sorğular və tədqiqatların aparılması üzrə ixtisaslaşmış ən nüfuzlu və geniş şəbəkəyə malik beynəlxalq təşkilatlardan biridir. Təşkilatın noyabr və dekabr aylarında apardığı sorğular ümumilikdə 41 ölkədə 39 min insanı əhatə edib.

Qeyd edək ki, sorğunun nəticələrinə əsasən qlobal miqyasda planet sakinlərinin yalnız 25 faizi 2021-ci ildə iqtisadi inkişaf gözlədiyi halda, 46 faizi problemlər və çətinliklər gözləyir. Beləliklə də, qlobal miqyasda iqtisadi ümid indeksi 21 bala qədər enib.

Yeni açıqlanan ümid indeksində diqqət çəkən bir məqam da Avropa ölkələrində gələcəklə bağlı iqtisadi gözləntilərin neqativə doğru yön alması, Böyük Britaniya, İtaliya kimi inkişaf etmiş ölkələrdə gələcəklə bağlı iqtisadi ümidin və gözləntilərin kəskin azalmasıdır. Bu isə həm də Brexit və pandemiyanın bu ölkələrdə siyasi və iqtisadi vəziyyəti daha da kəskinləşdirməsi ilə bağlıdır.

Qeyd edilib ki, region ölkələrində də iqtisadi dirçəlişə olan ümid azalıb. Belə ki, təkcə qonşu Rusiya Federasiyasında sorğuda iştirak edən respondentlərin cəmi altı faizi iqtisadi yüksəliş, 46 faizi isə problemlər gözləyir ki, bu da son 23 ildə bu ölkədə qeydə alınan ən aşağı göstəricilərdir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR