Son Xəbər: Ceyhun Bayramov NATO rəsmisi ilə enerji təhlükəsizliyi və regional prosesləri müzakirə edib, İran XİN: Hörmüz boğazından keçid minalara görə məhdudlaşdırıla bilər, İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edilib, İshaq Dar: Şahbaz Şərif Antalyada Ərdoğanla səmərəli danışıqlar aparıb, Başlıbel qətliamından 33 il ötür, Yol polisi əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib, Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi müəyyənləşir, Qalibaf Trampı 7 yalan danışmaqda ittiham etdi, Mambetaliyev: Azərbaycan VI Ümumdünya Köçəri Oyunlarında iştirak edəcək, Buraxılış imtahanında üç nəfər maksimum nəticə əldə edib,

Beş milyon manat mənimsəyən sabiq vəzifəli şəxsdən XƏBƏR VAR

Beş milyon manat mənimsəyən sabiq vəzifəli şəxsdən XƏBƏR VAR

Tarix: 7-01-2021, 15:39

2016-cı ildən fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə şurasının sədri vəzifəsində işləmiş İsmayılov Nadir Əmir oğlunun qanunsuz əməlləri ilə əlaqədar hazırda ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.
Aparılmış istintaqla Nadir İsmayılovun qeyd olunan vəzifədə işləyərkən 2010-2015-ci illərdə banka məxsus külli miqdarda pul vəsaitini mənimsəməklə “Zaminbank” ASC-nin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Nadir İsmayılovun 2012-2019-cu illərdə ayrı-ayrı vətəndaşların ümumilikdə 5 milyon 175 min manat məbləğində pul vəsaitini ələ keçirərək həmin şəxslərə qarşı dələduzluq etməsinə və bilə-bilə saxta sənədlərdən istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Nadir İsmayılova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İstintaq zamanı Nadir İsmayılovun qanunsuz əməlləri nəticəsində fiziki və hüquqi şəxslərə dəymiş ziyanın ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus əmlak üzərinə həbs qoyulması təmin edilib.
Eyni zamanda, sözügedən korrupsiya sxemlərində digər şəxslərin iştirakını araşdırmaq məqsədi ilə, o cümlədən qanunsuz verilmiş kreditlərin aşkar edilməsi ilə bağlı ayrıca icraatda cinayət işi ayrılaraq hazırda istintaqı davam etdirilir.
İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkd.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR