Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

64 ədəd nərə balığını ovlayan mütəşəkkil dəstə ələ keçdi - FOTO

64 ədəd nərə balığını ovlayan mütəşəkkil dəstə ələ keçdi - FOTO

Tarix: 8-01-2021, 17:51


Daxili İşlər Nazirliyinin Nəqliyyatında Baş Polis İdarəsinin (NBPİ) əməkdaşları tərəfindən müvafiq icazə olmadan qanunsuz olaraq balıqçılıq və ovçuluqla məşğul olan şəxslərə qarşı nəzarət tədbirləri davam etdirilir.

Nazirliyin Mətbuat xidmətindən Mediabiz.az-a verilən məlumata görə, NBPİ əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində Xaçmaz rayonunun Turist kəndi ərazisində qanunsuz balıq ovu ilə məşğul olan 9 nəfərdən ibarət dəstə saxlanılaraq istintaqa cəlb edilib.
Onlardan hər birinin qiyməti 220 manat olan 64 ədəd nərə balığı, 2 ədəd qızıl balıq və qanunsuz ovda istifadə etdikləri xüsusi vasitələr aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 256-cı (Balıq və digər su bioresurslarını qanunsuz tutma) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.







RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR