Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Sosial şəbəkə hesabları bağlanan Trampa “VKontakte” və “Odnoklassniki” yer təklif etdi

Sosial şəbəkə hesabları bağlanan Trampa “VKontakte” və “Odnoklassniki” yer təklif etdi

Tarix: 9-01-2021, 11:10


Sosial Şəbəkələr və Messencerlərin Peşəkar İstifadəçiləri Birliyi (APPSIM) “Twitter”, “Facebook”, “Instagram” və “Twitch”də hesabları bloklanan ABŞ Prezidenti Donald Trampa Rusiyanın sosial şəbəkələrinə keçməsini təklif edib.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Assosiasiyanın rəhbəri Vladimir Zıkov bəyan edib.

“Sizi “VKontakte” (vk.com) və ya “Odnoklassniki” (ok.ru) sosial şəbəkələrində hesablar yaratmağa dəvət edirik. Bunlar dünyanın ən yaxşılarından sayılan rusiyalı tərtibatçılar tərəfindən yaradılıb və Avropanın  ən böyük sosial şəbəkələrindəndir. Ayrıca alternativ olaraq “Telegram” messencerində (telegram.org) və ya ICQ-də (icq.com) qeydiyyat təklif edə bilərik”, - deyə qurumun nümayəndələri Trampa ünvanladıqları məktubda bildiriblər.

Zıkov həmçinin Assosiasiyanın əvvəlki sosial şəbəkələrdən bütün postlarının köçürülməsi, həmçinin hesabın verifikasiyası və yeni abunəçilərin cəlb edilməsi ilə bağlı Trampa kömək etməyə hazır olduqlarını əlavə edib.

O vurğulayıb ki, qanunvericiliyi pozmayan postların bloklanması demokratiya prinsiplərinə ziddir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR