Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

“Buradan Şuşaya rahat gedə biləcəklər” - Video

“Buradan Şuşaya rahat gedə biləcəklər” - Video

Tarix: 15-01-2021, 13:06




Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub.

Bununla bağlı birinci xanım Mehriban Əliyeva da paylaşım edib. Paylaşılan videoda dövlət başçısı hava limanı haqda danışıb:

“Füzuli beynəlxalq hava limanının təməlini qoyduq. Bu il Füzuli beynəlxalq hava limanı istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir ki, bu ildən başlayaraq xarici vətəndaşlar və xaricdə yaşayan azərbaycanlılar  Şuşaya rahat təyyarə ilə gələ bilsinlər. Bununla paralel olaraq göstəriş verildi ki, Füzuli beynəlxalq hava limanından beynəlxalq uçuşların təşkil edilməsi istiqamətində də işlərə start verilsin. Eyni zamanda, Azərbaycanın digər şəhərlərindən Şuşaya getmək üçün bura gəlib, buradan rahat gedə bilərlər. Lənkərandan, Naxçıvandan, Gəncədən və digər bizim şəhərlərimizdən.

İndi isə istiqamət Şuşa şəhəri. Yol boyunca əlavə məlumat veriləcək”.






RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR