Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Goranboyda polis əməkdaşları DÖYÜLDÜ

Goranboyda polis əməkdaşları DÖYÜLDÜ

Tarix: 19-01-2021, 10:14



Yanvarın 17-də saat 23 radələrində Goranboy rayonu,  Qızılhacılı qəsəbəsi ərazisində  Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
 
Rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla Goranboy rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Yol Patrul Xidmətinin inspektorları Aqil Nuriyev və Rəşad Əsədovun xidməti vəzifələrini icra edərkən Qızılhacılı qəsəbə sakini, 1996-cı il təvəllüdlü Vüsal İsgəndərlinin  onlara qarşı zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib:
 
“Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. Hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Vüsal İsgəndərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub”.
 
Rəsmi məlumata görə, cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR