Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Sitarə Haqverdiyeva: “Azərbaycanda qohum nikahları kifayət qədər çoxdur”

Sitarə Haqverdiyeva: “Azərbaycanda qohum nikahları kifayət qədər çoxdur”

Tarix: 27-01-2021, 12:24


Ailə Planlanması Məsləhətxanası (APM) Səhiyyə Nazirliyinin tabeliyində, təsərrüfat hesablı müəssisədir. 20 ildən artıqdır ki, əhaliyə xidmət göstərir. Bizim pasiyentlərimiz adi vətəndaşlardır – tələbələr, evdar qadınlar, müəllimlər, ofis işçiləri və s. Onlardan bəziləri daimi müşahidə altındadır, bəziləri “təsadüfən” bizə müraciət edir. Amma bütün pasiyentlərimiz bilir ki, burada onlara əsaslandırılmamış təyinatlar olmayacaq, aparılan müayinə və müalicə haqqında ətraflı məlumat veriləcək.

Bu barədə Səhiyyə Nazirliyi Respublika Ailə Planlanması Məsləhətxanasının baş həkimi Sitarə Haqverdiyeva qurumun fəaliyyəti və göstərilən xidmətlər barədə məlumat verərkən deyib.

O bildirib ki, Ailə Planlanması Məsləhətxanası reproduktiv sağlamlıq məsələləri ilə məşğul olur:

“Əsas məqsədimiz əhalinin reproduktiv sağlamlığının qorunmasında dövlət siyasətini təmin etmək üçün profilaktik tədbirləri həyata keçirmək, əhaliyə xüsusiləşdirilmiş ambulator müalicə-diaqnostik və konsultasiya yardımı göstərməkdir.

Məsləhətxanada adətən fərdi şəkildə məsləhətlər aparılır. Pandemiyadan əvvəl respublikanın bölgələrinə, təhsil müəssisələrinə mütəxəssislərimiz ezam olunurdu. Əhaliyə görülən işlər, aparılan müayinə və müalicələr, profilaktik tədbirlər barədə geniş məlumat verilirdi. Aşkar olunan xəstəliklərin, verilən sualların dəqiq cavablandırılması üçün məsləhətxanamıza dəvət olunur, müayinə və müalicə olunurdu. Bundan başqa, məsləhətxanamızda “Analıq məktəbi” fəaliyyət göstərirdi ki, burada ana olmağa hazırlaşan qadınlara hamiləlik, hamiləlik zamanı qidalanma, doğulacaq körpəyə qulluq və s. məsələlər barədə məlumat verilirdi. Təəssüf ki, pandemiya ilə əlaqədar bu işlərimizə fasilə vermişik”.

Ailə planlanması Məsləhətxanası daha çox qadınların müraciət etdiyi müəssisədir və buna görə də əsas həkimlərimiz mama-ginekoloqlardır. Onlardan başqa uroloq-androloq, endokrinoloq, həkim-genetik, psixoloq, pediatr, laboratoriya həkimləri pasiyentlərimizə xidmət göstərirlər.

Nikaha girən gənclər gələcəyin valideynləridir. Ona görə də, döldə inkişaf qüsurlarına səbəb ola biləcək xəstəliklərin aşkar olunması çox vacibdir. Bunlar cinsi yolla ötürülən xəstəliklər, virus infeksiyaları, ətraf mühitin zərərli təsiri, mayalanma zamanı düzgün olmayan həyat tərzidir. Ancaq birinci növbədə əmin olmaq lazımdır ki, siz özünüz sağlamsınız və həyat yoldaşınızı ilk gündən xəstəliyə yoluxdurmayacaqsınız.

Statistikaya əsasən deyə bilərik ki, Azərbaycanda indi də qohum nikahları kifayət qədər çoxdur. Belə nikahlar anadangəlmə fiziki anomaliyalı və talassemiya, hemofiliya, fenilketonuriya kimi genetik xəstəlikli uşaqların doğulma riskini artırır. Məsləhətxanada gələcək valideynlər nəsildə baş verə biləcək genetik pozulmalar barədə nikahdan əvvəl, ya da heç olmasa hamiləlikdən əvvəl məlumatlandırılır”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR