Son Xəbər: Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib,

Bakıda ən hündür "yolka" nə vaxt qurulacaq? - RƏSMİ

Bakıda ən hündür "yolka" nə vaxt qurulacaq? - RƏSMİ

Tarix: 17-12-2019, 11:29

Bakı şəhər İcra Hakimiyyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə hazırlıq tədbirlərini davam etdirir.
Bu barədə Lent.az -ın sorğusuna cavab olaraq icra hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hazırlıq çərçivəsində şəhərin müxtəlif yerlərində şam ağacları və dekorativ bəzək əşyaları qurulub, paytaxt ərazisində bayram əhval-ruhiyyəsi yaradılıb:
“Əlavə olaraq rayon ərazilərində bayram əhval ruhiyəsinin ən yüksək səviyyədə təşkil edilməsi məqsədilə Bakı şəhərinin rayon icra hakimiyyətlərinə tərəfimizdən müvafiq tövsiyələr verilib”.
Məlumatda bildirilib ki, bu il "Azadlıq" meydanında "Formula 1" yarışlarının konstruksiyalarının mövcudluğuna görə şam ağacı qurulması mümkün olmayıb:
”Neftçilər prospekti boyunca və “Azneft” dairəsində isə dekorasiya işləri tamamlanmaq üzrədir”.
Həmçinin qeyd edilib ki, Bakının ən böyük "yolkası"nın artıq “Azneft” dairəsində quraşdırılmasına başlanılıb.
Xatırladaq ki, 2018-ci ildə Bakının ən hündür yolkası "Azadlıq" meydanında, 2017-ci ildə isə Dənizkənarı bulvarda quraşdırılmışdı.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR