Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Rusiya ilə sərhəddə yaranmış sıxlığın səbəbi AÇIQLANDI

Rusiya ilə sərhəddə yaranmış sıxlığın səbəbi AÇIQLANDI

Tarix: 1-02-2021, 12:12


Son günlər ölkəmizin Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçən yük nəqliyyat vasitələrinin sayında ciddi artım müşahidə olunur.
Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətinin rəhbəri Natiq Axundov özünün “Facebook” səhifəsində paylaşım edib.
O bildirib ki, buna səbəb isə mövsümlə əlaqədar ölkəmizdən keçən tranzit yük nəqliyyat vasitələrinin sayının artmasıdır.
“Qeyd edək ki, “Samur” gömrük postunun ixrac nəzarət xətti vasitəsilə gündəlik 250-ə qədər yük nəqliyyat vasitəsinin keçidi təmin edilir. Belə ki, yanvarın 29-da 214, yanvarın 30-da 203, yanvarın 31-də 232 yük nəqliyyat vasitəsi qonşu ölkəyə yola salınıb. Bu gömrük postu vasitəsilə gündəlik həm ixrac, həm də idxal nəzarət xətləri üzrə 500, yəni ümumilikdə 1000 yük nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkündür.
Lakin Rusiya tərəfində yerləşən gömrük-keçid məntəqəsinin infrastrukturu bu sayda yük nəqliyyat vasitəsinin keçidini təmin etməyə imkan vermir. Sərhədkeçmə proseslərinin intensivliyinin artırılması məqsədilə ölkəmizin gömrük orqanları qarşı tərəfdəki həmkarları ilə mütəmadi olaraq müzakirələr aparır və sıxlığın aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür”.
N.Axundov onu da qeyd edib ki, Prezident İlham Əliyevin “Xanoba” gömrük postunda tikinti işləri ilə bağlı tədbirlər haqqında” Sərəncamına uyğun olaraq artıq Dövlət Gömrük Komitəsi bu istiqamətdə də müvafiq işlərə başlayıb:
“Tikinti işləri başa çatdıqdan sonra isə şimal istiqamətində yerləşən gömrük postlarındakı intensivlik tamamilə aradan qaldırılacaq. Hazırda “Samur” gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yük nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması istiqamətində bütün zəruri addımlar atılır. Görülən tədbirlər nəticəsində yaxın günlərdə sıxlıqlar tamamilə aradan qaldırılacaq”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR