Son Xəbər: Zelenski Trampla danışıqlardan öncə Kanadanın Baş naziri ilə görüşəcək, Şahbuzda avtomobil qaz xəttinə çırpılıb, 450 nəfər qazsız qalıb, KİV: Türkiyə yanvarın 1-dən Ermənistanla sərhədi qismən açmağa hazırdır, Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib, Sabah Bakıda yağış və sulu qar yağacaq, güclü külək əsəcək, Mədəniyyət Nazirliyinin tabeliyindəki şirkətin rəhbərliyi dəyişib, KİV: İranla Şimali Koreya arasında şübhəli maliyyə əməliyyatları aşkarlanıb, Gürcüstanda Ukrayna vətəndaşlarına sosial yardımın müddəti uzadılıb, DİN bayramda azad olunan ərazilərə səfərə çıxanlara müraciət edib - VİDEO, Rusiya Kiyevə və ətraf bölgəyə kütləvi hücumlar edib, xəsarət alanlar var,

İlham Əliyev Mevlüt Karakayanı qəbul edib

İlham Əliyev Mevlüt Karakayanı qəbul edib

Tarix: 2-02-2021, 12:44


Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədr müavini, Ankaradan deputat Mevlüt Karakayanı qəbul edib.

Mediabiz.az xəbər verir ki, Mevlüt Karakaya partiyanın sədri Dövlət Baxçalının salamlarını Prezident İlham Əliyevə çatdırıb. O, dövlət başçısının rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Zəfər münasibətilə İlham Əliyevi təbrik edib.

İlham Əliyev Dövlət Baxçalının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Milliyətçi Hərəkat Partiyasının sədrinə çatdırmağı xahiş edib.

Dövlət başçısı Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana göstərdiyi siyasi, mənəvi və diplomatik dəstəyi xatırladıb. Müharibə dövründə Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın bəyanatlarının Azərbaycana böyük dəstək olduğunu deyən Prezident Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının müttəfiqi olan Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının da açıqlamalarının siyasi, mənəvi önəm kəsb etdiyini deyib.
Milliyətçi Hərəkat Partiyasının sədr müavini Mevlüt Karakaya Azərbaycanın işğaldan azad edilən torpaqlarında mədəniyyət və incəsənət təmayüllü məktəbin tikintisi ilə bağlı təşəbbüs barədə dövlətimizin başçısına məlumat verib. Bu xüsusda Azərbaycanın təhsil naziri və digər rəsmi şəxsləri ilə görüşdüyünü bildirib.

Prezident İlham Əliyev bu təşəbbüsə görə təşəkkürünü bildirib, azad edilmiş torpaqlarda aparılan bərpa və şəhərsalma işləri çərçivəsində bu təşəbbüsün nəzərə alınacağını deyib. İşğaldan azad olunan ərazilərdə şəhərlərin baş planlarının hazırlandığını vurğulayan dövlət başçısı məktəb binası üçün münasib yerin seçilməsi məqsədilə müvafiq təlimatlar verəcəyini qeyd edib.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin uğurlu inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR