Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Nazir müavini hicab taxdığına görə vəzifəsindən gedib?

Nazir müavini hicab taxdığına görə vəzifəsindən gedib?

Tarix: 3-02-2021, 11:54

Təhsil nazirinin müavini vəzifəsindən azad edilmiş Məhəbbət Vəliyeva barəsində maraqlı iddialar səslənməkdədir. Təhsil Nazirliyi xanım nazir müavininin səhhətində problem olduğunu və öz ərizəsi ilə işdən getdiyini açıqlasa da, sosial şəbəkədə başqa versiyalar və mülahizələr irəli sürülməkdədir.
MEDIABIZ.az xəbər verir ki, M.Vəliyevanın hicab taxdığı üçün nazirlikdən getməli olduğu iddia edilir. Sosial media istifadəçiləri yazırlar ki, işə hicab taxaraq gedib-gəlməsi birmənalı qarşılanmayıb, nazirliklə yollarını ayırmalı olub.
Nazirlikdən bildirilib ki, M.Vəliyeva 2020-ci ilin dekabrın 25-də öz ərizəsinə əsasən, səhhəti ilə bağlı tutduğu vəzifədən azad edilib.
M.Vəliyevanın özü isə mediaya açıqlamasında səhhətində problem olduğuna dair heç nə deməyib:
“Mənim vəzifədən getməyimlə bağlı nazirlik tərəfindən nə açıqlama verilibsə, mətbuatda nə yazılıbsa, bu, kifayətdir. Həmin açıqlamanı verərkən məndən soruşub hazırlayıblar. Buna hansısa əlavəm yoxdur”.
Bundan sonra hansı sahədə fəaliyyət göstərəcəyinə gəlincə, M.Vəliyeva hər şeyi zamanın ixtiyarına buraxdığını deyib. Sabiq müavin sosial şəbəkələrdə hicaba keçməsi ilə bağlı yayılan məlumatı şərh etməyib.
Təhsil eksperti Kamran Əsədov onun işdən çıxması haqda mətbuatda və sosial mediada yayılan müxtəlif, ziddiyyətli məlumatlardan xəbərdar olduğunu bildirib:
“Diqqətçəkən məqam onun hicab bağlaması haqda iddialardır. Qanunvericilik bu məsələdə məhdudiyyət nəzərdə tutmur, sadəcə, Azərbaycan dünyəvi dövlətdir, tövsiyə oluna bilər. Amma düşünmürəm ki, onun işdən çıxması, yaxud çıxarılması hicab bağlamasına görədir.
Bildiyim qədər vəzifəsindən getməsi səhhəti ilə əlaqədar olub. Hər kəsin vicdan azadlığı var. Yenə yaxınları daha yaxşı bilər, bildiyim qədər ciddi bir xəstəlikdən əziyyət çəkir”.
Qeyd edək ki, M.Vəliyeva 2018-ci ilin iyununda təhsil nazirinin müavini təyin edilmişdi. 28 dekabr 2015-ci il tarixdən həmin təyinatadək isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində çalışmışdı./musavat.com/




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR