Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Özünü polis kimi təqdim edən dələduz tutuldu - VİDEO

Özünü polis kimi təqdim edən dələduz tutuldu - VİDEO

Tarix: 4-02-2021, 12:38


Bakıda özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb. 
 
MEDIABIZ.az xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə bir nəfər qadın ərizə ilə müraciət edərək özünü polis əməkdaşı kimi təqdim edən Vüsal adlı şəxsin guya onu dövlət qurumlarından birində  işə düzəldəcəyi adı ilə aldadıb ayrı-ayrı vaxtlarda 17 min manat pulunu aldığını bildirib.
 
Bölmə əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində vətəndaşın etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakini Vüsal Babayev saxlanılıb. Araşdırmalar zamanı V.Babayevin polis işçisi  olmadığı halda özünü Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim etdiyi sübuta yetirilib. Saxlanılan şəxsin idarə etdiyi avtomobilə baxış zamanı oradan müxtəlif şəxslərin ərizələri, polis əməkdaşının geyim formaları, 6 ədəd mobil telefon, danışıq kartları, o cümlədən həmin şəxsin polis geyimində olan fotoşəkili maddi sübut kimi götürülüb.
 Vüsal Babayev barəsində 32-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
 
Vüsal Babayevin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Suraxanı Rayon Polis İdarəsinə və ya şəhər telefonlarından 012-427-02-22  nömrəsi, habelə DİN-in “102” Zəng Mərkəzi  ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

VIDEO
[media=https://youtu.be/pv_3Yfp2AG0]




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR