Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Hoteldə arvadını 18 bıçaq zərbəsi ilə öldürənin məhkəməsi başlayır

Hoteldə arvadını 18 bıçaq zərbəsi ilə öldürənin məhkəməsi başlayır

Tarix: 5-02-2021, 10:34

Bakıda arvadını qəsdən öldürməkdə təqsirləndirilən Murad Şamilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Azər Paşayevin icraatındadır.

Qeyd edək ki, hadisə ötən il Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində yerləşən “Salt” hotelində baş verib.

Sentyabrın 3-də gecə saat 02.00-da 1982-ci il təvəllüdlü Murad Şamilov həyat yoldaşı, 1985-ci il təvəllüdlü Şahanə Şamilovaya 18 bıçaq xəsarəti yetirib.

Qadın hadisə yerindəcə ölüb və kişi polisə gedərək törətdiyi əməli etiraf edib.

Məlum olub ki, cütlük ayrı yaşayıb. Şahanə Şamilova boşanma üçün məhkəməyə müraciət edib.

Qətl hadisəsindən əvvəl Murad Şamilov ona zəng vurub və boşanma ilə bağlı danışmaq üçün “Salt” hotelində görüş təyin edib. Qadın onun təklifini qəbul edib və görüş faciə ilə bitib.

Onların iki azyaşlı övladı var.

Murad Şamilov barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR