Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Məcburi köçkünlərin qayıdışı ilə bağlı məsələlər müzakirə edildi

Məcburi köçkünlərin qayıdışı ilə bağlı məsələlər müzakirə edildi

Tarix: 5-02-2021, 14:27

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev fevralın 5-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə görüşüb.

Komitədən bildirilib ki, Quido Ambrosoya işğal dövründə ərazilərimizə dəymiş ziyanın qiymətləndirilməsi, zəruri infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində görülən işlər haqqında məlumat verilib. Bildirilib ki, ərazilərin minalardan təmizlənməsi işi sürətləndirilib, yaşayış yerlərinin bərpası zamanı “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasına üstünlük verilməsi nəzərdə tutulur.

Komitə sədri məcburi köçkünlərin artıq öz daimi yaşayış yerlərinə qayıdışına hazırlıq aparıldığını diqqətə çatdırıb. Bu prosesin beynəlxalq normalara uyğun həyata keçirilməsi, dinc əhalinin təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsi mühüm vəzifə kimi qarşıya qoyulub.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso qeyd edib ki, təmsil etdiyi qurum qaçqın və məcburi köçkünlərin məsələsində öhdəsinə düşən vəzifələrlə bağlı əməkdaşlıq etməyə hazırdır, bu istiqamətdə səylərini əsirgəməyəcək.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR