Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Ölkəmizdə erkən nikahlar ən çox harada qeydə alınıb? - FOTO

Ölkəmizdə erkən nikahlar ən çox harada qeydə alınıb? - FOTO

Tarix: 9-02-2021, 18:35


Son illərdə Azərbaycanda erkən nikahlarının sayı 10 dəfə azalıb.
Bu barədə Media.Az-a müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri, Azərbaycan Respublikasının BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin (CEDAW) nümayəndəsi Elgün Səfərov bildirib.

O vurğulayıb ki, erkən nikahların sayı 2012-ci ilə qədər ildə 3500-4000-ə çatırdısa, indi 350-400 arasındadır.
“Bundan əlavə, əvvəllər bu cür evliliklərdən doğulan uşaqların sayı 4000-5000 idisə, bu gün onların sayı 2000-dən çox deyil”, - deyə Elgün Səfərov əlavə edib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsininin məlumatına görə, 2019-cu ildə 18 yaşınadək 366 qadın nikaha girib. Bu faktların əksəriyyəti Aran zonasında qeydə alınıb (120). Gəncə-Qazax bölgəsi ikinci yerdədir (46) və Dağlıq Şirvan erkən nikahların sayına görə ilk üçlüyü bağlayır (42). Bundan sonra Lənkəran (35), Bakı (31), Quba-Xaçmaz və Yuxarı Qarabağ (22), Kəlbəcər-Laçın (18), Şəki-Zaqatala (14), Naxçıvan Muxtar Respublikası (12) və Abşeron (5) gəlir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR