Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Xırdalanda dəhşətli partlayışda gəlinini və nəvəsini itirən qadın: “Oğlumun əməliyyatına imkanımız yoxdur”

Xırdalanda dəhşətli partlayışda gəlinini və nəvəsini itirən qadın: “Oğlumun əməliyyatına imkanımız yoxdur”

Tarix: 11-02-2021, 12:50

Ötən ay yanvarın 25-də Xırdalanda baş verən dəhşətli partlayış bir ailənin faciəsiylə nəticələnmişdi. İkimərtəbəli yaşayış evində hələ də rəsmi səbəbi bəlli olmayan partlayış nəticəsində 1988-ci il təvəllüdlü Aytən Musayeva və onun 9 yaşlı övladı Fatimə Musayeva dağıntılar altında qalaraq həlak olmuşdu. Fatimənin cansız bədəni hadisənin səhəri günü dağıntılar altından çıxarılmışdı.

Ailənin digər üzvü, Fatimənin atası Vüsal Musayev və 12 yaşlı qardaşı Firudin isə sağ çıxarılaraq xəstəxanaya yerləşdirilmişdi.

Partlayış baş verən fərdi yaşayış evinin sahibi, faciədə yaxınlarını itirən Ziyafət Musayeva oğlu Vüsal Musayevin təkrar əməliyyat olunması üçün kömək istəyir.

“Qafqazinfo”ya müraciət edən Z. Musayeva partlayışın bir anın içində baş verdiyini, necə və nədən qaynaqlandığını hələ də aydınlaşdıra bilmədiyini deyir:

“Bizə bu günə kimi dəqiq araşdırıb, məlumat verən yoxdur. Partlayışda gəlinimi, nəvəmi itirdim. Oğlum təkrar əməliyyat olunmalıdır. Mən özüm hadisə olan günü Gəncədə idim. Evdəkilərə zəng vurdum, telefonları açan olmadı. Qonşulara zəng etdim dedilər ki, eviniz uçub. Tez Gəncədən qayıtdım. Mənim evimlə bərabər dörd ev dağılıb. Həmçinin beş mərtəbəli binanın pəncərələri, qapıları zərər görüb.

Oğlumun salamat olduğunu, xəstəxanaya çatdırıldığını dedilər. Bir nəvəm və qonşunun bizdə olan uşağı xilas edilmişdi. Bildirim ki, partlayış onlayn dərs zamanı baş verib. Gəlinimin və azyaşlı nəvəmin cəsədi isə saatlar sonra dağıntıların altından çıxarıldı. Oğlumu Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparıblar. Həkimlər dedi ki, bağırsağından əməliyyat lazımdır və əməliyyat edildi. Birinci əməliyyatına qohum-qonşu pul topladı. 8000 manata yaxın xərcimiz çıxdı. İndi yenidən bağırsaqlarından əməliyyat olmalıdır. Ancaq buna maddi imkanımız yoxdur, bizə köməklik edilməsini istəyirik. Hazırda evimizdən əsər-əlamət yoxdur. Bir əşyamızı belə çıxara bilməmişik. İcra Hakimiyyəti bizi kirayəyə çıxarıb. Evimiz iki mərtəbəli idi və altında zirzəmi var idi. Ancaq ondan heç vaxt istifadə etməmişik. Biz istəyirik ki, baş verən bu böyük partlayışın səbəbini bizə də desinlər”.

Hazırda sözügedən hadisə ilə bağlı cinayət işi başlanılıb, istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib. Araşdırmanın nəticəsi məlum olmadığından ailəyə dəyən zərərin və ya müalicə xərclərinin hansı qurum tərəfindən ödəniləcəyi sual altındadır.

Sığorta məsələləri üzrə ekspert Tural Şükürov bildirib ki, əgər hadisədə təqsirkar şəxs müəyyən edilməyibsə, heç kəsdən kompensiyaya tələb oluna bilməz:

“Fərdi yaşayış evinin sığortası varsa, sığorta şirkəti həm partlayış zamanı, həm də sağlamlığa dəymiş zərəri üzrə sığortanı qarşılaya bilər. Ancaq mənzilin sığortası yoxdursa, hələ də istintaq gedirsə, heç kim ailəyə kompensasiya ödəməyəcək. Ümumi qaydaya əsasən, 1 ay ərzində ekspertiza təyin edilir. Xüsusi araşdırma tələb olunan hallar üzrə ekspertiza 2 ay da çəkə bilər”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR