Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Baş Prokurorluq Masallı Xəstəxanası ilə bağlı məlumat yaydı

Baş Prokurorluq Masallı Xəstəxanası ilə bağlı məlumat yaydı

Tarix: 11-02-2021, 17:13

“Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan cinayət işinin istintaqı ilə bağlı guya həmin tibb müəssisəsində xəstələrin müayinəsinin məhdudlaşdırıldığı və nəticədə, rayonda əlilliyə görə təkrar müayinədən keçmək istəyən sakinlər üçün ciddi problemlərin yarandığına dair informasiyalar yayılıb”. 
Bu barədə “Qafqazinfo”da Masallı Rayon Mərkəzi Xəstəxanasının bağlanması ilə bağlı yayımlanan xəbərə reaksiya verən Baş Prokurorluğun açıqlamasında deyilir. 
Bildirilir ki, Masallı rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində işləmiş Nəzərov Cəlil Oruc oğlunun həmin tibb müəssisəsinin həkim-məsləhət komissiyasının sədri kimi vətəndaşlardan əlillik dərəcəsinin müəyyən edilməsi üçün rüşvət qismində müxtəlif məbləğlərdə pul vəsaiti alması barədə daxil olmuş vətəndaş müraciətləri əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib:
“Bu cür həqiqətə uyğun olmayan məlumatlar cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyır və Baş Prokurorluq tərəfindən tam məsuliyyətlə təkzib olunur.   
Faktla bağlı Baş İdarədə cinayət işi başlanmaqla, toplanmış sübutlar əsasında Cəlil Nəzərov 23 yanvar 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi ilə bağlı istintaqın aparılması davam etdirilir və iş üzrə prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən istintaq hərəkətləri Masallı rayon Mərkəzi Xəstəxanasının gündəlik fəaliyyətinə hər hansı bir maneə törətmir və qeyd edilən müayinə prosedurlarına müdaxiləni tam istisna edir.
Cinayət işi üzrə vətəndaşların hüquqlarının bərpa edilməsi istiqamətində tədbirlər davam etdirilməklə istintaqın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək”.
Xatırladaq ki, Masallı rayon Mərkəzi Xəstəxanasında baş həkimin səlahiyyətləri həvalə olunan Rasim Əzizov saytımıza açıqlamasında xəstəxananın müvəqqəti bağlandığını bildirmişdi: "Korrupsiya faktları ilə bağlı araşdırma aparıldığından xəstəxana müvəqqəti bağlanıb. Təxminən 10 günə xəstəxana açılacaq və əlilliyə görə müayinə olunmaq istəyən şəxslər də həmin vaxt müraciət edə bilərlər. 5-10 gün sonra bütün sənədlər aidiyyatı üzrə ötürüləcək. Əlillik meyarlarına uyğun olanlar pensiya ala biləcəklər”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR