Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Azərbaycanda vəzifəli şəxsin mülkinə həbs qoyuldu - RƏSMİ

Azərbaycanda vəzifəli şəxsin mülkinə həbs qoyuldu - RƏSMİ

Tarix: 12-02-2021, 12:03

Naftalan şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Maliyyə Nazirliyindən daxil olan material əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bu barədə Baş prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan birliyin baş mühasibi vəzifəsində işləmiş Mamedov Zəfər Əli oğlunun həmin qurumun rəisi olmuş Həsənov Rüfət Səfail oğlu və digərləri ilə qabaqcadan əlbir olaraq 2016-2018-ci illər ərzində birliyə işə qəbul edilmək üçün müraciət etmiş vətəndaşların şəxsiyyət vəsiqələrinin surətlərini əldə edib, həmin şəxslərin guya uzun müddət ərzində müəssisədə işləmələri görüntüsünü yaratmaq məqsədilə saxta əmək müqavilələrini tərtib edərək müvafiq rəsmi sənədləri Naftalan şəhəri üzrə Maliyyə İdarəsinə göndərib, ümumilikdə 87 şəxsin adına olan plastik kartlara köçürülmüş cəmi 121 520 manat məbləğdə pul vəsaitini müxtəlif bankomatlardan məxaric etməklə mənimsəmələrinə, eləcə də cinayətkar niyyəti həyata keçirmək üçün tərtib olunmuş rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığına yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Zəfər Mamedov və Rüfət Həsənova müvafiq olaraq Cinayət Məcəlləsinin 179.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və ya israf etmə), 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə vurulmuş 121 520 manat maddi ziyanın 31 500 manat hissəsinin ödənilməsi təmin edilib, xüsusi müsadirəni təmin etmək məqsədi ilə məhkəmənin qərarı əsasında Zəfər Mamedova məxsus 34 min manat dəyərində qiymətləndirilmiş mənzilin üzərinə həbs qoyulub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR