Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Anar Kərimovun rəisi işdən çıxarma səbəbi BİLİNDİ - YENİLƏNİB

Anar Kərimovun rəisi işdən çıxarma səbəbi BİLİNDİ - YENİLƏNİB

Tarix: 12-02-2021, 16:10

Bu gün Mədəniyyət naziri Anar Kərimovun Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayevi vəzifəsindən azad etməsinin səbəbi məlum olub.
“Qafqazinfo” xəbər verir ki, idarə rəisi keçirdiyi şübhəli tenderlə bağlı işdən çıxarılıb. Belə ki, bir gün əvvəl sosial şəbəkələrdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin kompüter proqramları və antivirus proqramlarının alınmasına dair elan etdiyi şübhəli tenderin nəticələri müzakirələrə səbəb olub.
“Dövlət satınalmalarının vahid elektron portalı”ına daxil edilmiş məlumata əsasən, Məmmədli Malik Mikayıl oğlu adlı şəxs bu tenderin qalibi elan edilib. O, yerli mədəniyyət idarəsinə 10 426 manat məbləğində kompüter proqramı satıb.
 
Bu məbləğin yüksək olması birmənalı qarşılanmayıb. Buna səbəb isə tələb olunan antivirus proqramının illik ödənişinin qat-qat ucuz olmasıdır. Bundan əlavə, məlumdur ki, bu cür müəssisələrdə adətən ofis proqramları lazım olur.
Sözügedən tenderin nəticəsi açıqlandıqdan sonra sosial şəbəkələrdə nazirin idarə rəhbəri barədə müvafiq qərar verəcəyi barədə müzakirələr gedirdi.
Həmçinin ehtimal olunur ki, tender Anar Kərimovun bir müddət öncə baş tutan təyinatından əvvəl elan olunub və qalib seçilib.
10:39
Mədəniyyət Nazirliyinin Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Ağayev Nazim Əsəd oğlu tutduğu vəzifədən azad edilib.
“Report” xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR