Son Xəbər: Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik,

Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin seçilməsi qaydaları təkmilləşdirilib

Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin seçilməsi qaydaları təkmilləşdirilib

Tarix: 12-02-2021, 16:53


“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” prezident İlham Əliyevin 2019-cu ilin 3 aprel tarixli Fərmanı ilə hakimlərin yüksək iş yükünün azaldılması, işlərə daha tez və keyfiyyətlə baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid artırılıb.

Məhkəmə-Hüquq Şurasından verilən məlumata görə, həmin ştatların yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına və çevik komplektləşdirilməsi məqsədilə Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin seçilməsi qaydaları təkmilləşdirilib. İmtahanlarda müasir texnologiyaların tətbiq olunması, sualların kompüter vasitəsilə cavablandırılması və nəticələrin dərhal elan edilməsi müəyyən edilib. Həmçinin, hakimliyə namizədlərin sənədlərinin qəbulu davamlı xarakter alıb.

Hakimlərin Seçki Komitəsi tərəfindən yeni qaydalarla keçirilən müsabiqə nəticəsində 200-dən çox namizəddən 44 nəfər bütün imtahanlarda müvəffəqiyyət qazanıb, hakim vəzifəsinə hazırlanmaları üçün uzunmüddətli tədris kursunu uğurla başa vurub və Prezidentin 2021-ci il 3 fevral tarixli Sərəncamı ilə müxtəlif hakim vəzifələrinə təyin ediliblər.

Eyni zamanda test və yazılı imtahandan uğurla keçmiş növbəti qrup hakimliyə namizədlərlə şifahi imtahanlar keçiriləcəkdir. 300-dən çox hüquqşünas isə test imtahanında iştirak etmək üçün sənədlərini təqdim ediblər.

Hakimlərin Seçki Komitəsi bildirir ki, karantin rejiminin yumşaldılması ilə əlaqədar həmin namizədlərlə test imtahanı cari ilin mart ayının 3-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək. Növbəti test imtahanı üçün sənədlərin qəbulu isə fasiləsiz davam etdiriləcək.

COVID-19 pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla və müasir İKT tətbiq edilməklə keçiriləcək test imtahanının yeri, başlanma vaxtı və s. barədə namizədlərə əlavə məlumat veriləcək.

Eyni zamanda namizədlərə xatırladılır ki, test imtahanı DİM tərəfindən qanunvericiliyə uyğun olaraq ödənişli əsaslarla keçirilir.

Namizədlərin rahatlığı üçün imtahana görə ödənişin aparılması və “İmtahana buraxılış vərəqəsi”nin əldə olunması DİM tərəfindən fevralın 15-dən etibarən dim.gov.az saytı vasitəsilə həyata keçiriləcəkdir. Müsabiqə ilə bağlı “Yaddaş Kitabçası” isə jlc.gov.az saytından əldə edilə bilər.

Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR