Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Ayağını itirən qaziyə əlillik düzgün təyin edilməyib?

Ayağını itirən qaziyə əlillik düzgün təyin edilməyib?

Tarix: 13-02-2021, 13:17

Sosial şəbəkələrdə Vətən müharibəsi qazisi Həsənov Murad Teyyub oğluna əlillik dərəcəsinin düzgün təyin edilməməsi ilə bağlı məlumatlar yayılıb.

“Qafqazinfo” xəbər verir ki, Neftçala rayonundan həqiqi hərbi xidmətə çağırılmış 19 yaşlı qazi Həsənov Murad Teyyub oğlu Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlər zamanı minaya düşərək bir ayağını itirib. Ona 3-cü qrup əlillik təyin edilib və vətəndaşlar məlumatı paylaşaraq tənqidedici fikirlərini bildiriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələyə aydınlıq gətirib. Qurumun Mətbuat Xidmətinin rəhbəri Fazil Talıblı bildirib ki, əlilliyin təyin edilməsi Nazirlər Kabinetinin qəbul etdiyi normalara uyğun həyata keçirilir:

“Nazirlər Kabinetinin qərarına əsasən, vətəndaşın amputasiya olunmuş ayağı dizdən aşağıdırsa, 3-cü qrup, dizdən yuxarıdırsa, 2-ci qrup, hər iki ayağı amputasiya olunubsa, 1-ci qrup əlil sayılır. Bu baxımdan vətəndaş Murad Həsənovla bağlı əlilliyin təyin edilməsi tam qanunidir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR