Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

ABŞ azərbaycanlılarından ermənilərə sülh mesajı lövhəsi

ABŞ azərbaycanlılarından ermənilərə sülh mesajı lövhəsi

Tarix: 16-02-2021, 20:01


ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Amerikadakı nümayəndəliyinin təşəbbüsü və dəstəyi ilə bölgədə ermənilərin uzun müddətdir davam edən aqressiv aksiyalarına cavab olaraq nəhəng löhvədə sülh mesajı dərc edilib.
“Report” xəbər verir ki, lövhədə “Azərbaycanlılar və türklər ermənilərlə harmoniya içində yaşamağa hazırdırlar. Bəs ermənilər?” (Azerbaijanis and Turks are ready to live in harmony with Armenians. How about armenians?) sətirləri yer alıb.
Lövhə Şimali Filadelfiyadan çıxış yolundan əvvəl, mərkəzi nəqliyyat qovşağında qoyulub.
MÜSİAD təmsilçisi bildirib ki, əhalisinin sayına görə ABŞ-ın 6-cı ən böyük şəhəri olan Filadelfiya ermənilərin sıx yaşadığı ərazilərdəndir və ermənilər bölgədə aylardır ki, Azərbaycana və Türkiyəyə qarşı qarayaxma kampaniyası aparırlar: “Bir müddətdir ermənilər durmadan aksiyalar keçirirlər. Biz isə sadəcə onları izləyirdik. Ancaq onlar dayanmır və bu çirkin əməllərini davam etdirirlər. Qərar verdik ki, bizim haqqımızda ABŞ ictimayyətinə əsassız və yalan məlumatlar təqdim edən ermənilərə cavab olaraq sülhü seçək. Bu mesajlarla ABŞ ictimaiyyəti onların mənfur niyyətlərinin və əməllərinin elə kimliklərini nümayiş etdirdiyinə şahid oldu. Məqsədimiz mülki əhalinin onların aqressiv davranışlarında zərər çəkməsinin qarşısını almaqdır”.
MÜSİAD sözçüsü deyib ki, elan lövhəsinin ərazidən qaldırılması üçün reklam şirkətinə ermənilər tərəfindən təzyiq olunur: “Son aldığımız məlumata görə, lövhənin bölgədən qaldırılması üçün 1200 şikayət zəngi daxil olub. Biz Azərbaycan diasporundan da kömək istəyirik və düşünürük ki, insanlarımızın onların aqressiv və vəhşi davranışlarına məruz qalmaması üçün əlimizdən gələni etməliyik”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR