Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Ermənistana sanksiyalar tətbiq edilməlidir - RƏSMİ

Ermənistana sanksiyalar tətbiq edilməlidir - RƏSMİ

Tarix: 18-02-2021, 12:57


Ombudsman Aparatı Serj Sarqsyanın “Armnews” kanalına verdiyi müsahibəsinə münasibət bildirib.
“Kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, bu yaxınlarda Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan “Armnews” kanalına verdiyi müsahibəsində İkinci Qarabağ müharibəsi dövründə Ermənistan hərbi qüvvələrinin Azərbaycanın Gəncə şəhərindəki mülki yaşayış məntəqələrini qəsdən hədəfə aldıqlarını açıq şəkildə etiraf edib.

Eyni zamanda, S.Sarqsyan öz müsahibəsində İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfinin “İsgəndər” əməliyyat-taktiki ballistik raket sistemindən istifadə etməsi məsələsinə toxunub və bu silahın müharibənin son dövründə Şuşa istiqamətində istifadə edildiyini bildirib.
Bu, bir daha təsdiq edir ki, müharibə dövründə Ermənistan Azərbaycanın döyüş zonasından uzaq məsafədə yerləşən, əhalinin sıx məskunlaşdığı ərazilərində mülki şəxslərə və mülki infrastrukturlara qadağan olunmuş silahlarla hücumlar edərək, çoxsaylı insan tələfatına səbəb olub, nəticədə 12-si uşaq olmaqla, 94 mülki şəxs həlak olub və 54-ü uşaq olmaqla, 414 mülki şəxs yaralanıb, 4 uşaq hər iki valideynini itirib. 
Buna baxmayaraq, Ermənistan tərəfi bu günə qədər münaqişə barədə saxta xəbərlər yaymaqla dünya ictimaiyyətini çaşdırmaq cəhdlərini davam etdirir və bu yanaşma münaqişədən sonrakı sülh quruculuğu prosesini sarsıdır”, - deyə məlumatda qeyd edilir.
Qurumdan qeyd edilib ki, bütün bunlar Ermənistanın hazırkı hərbi-siyasi rəhbərliyi tərəfindən Cenevrə konvensiyaları və onların əlavə protokollarının, xüsusilə “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” IV Cenevrə Konvensiyasının, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” Haaqa Konvensiyasının, “Uşaq hüquqları haqqında” Konvensiyanın və insan hüquqları sahəsində digər beynəlxalq sənədlərin müddəalarının kobud şəkildə pozulması faktı kimi qiymətləndirilməli və müvafiq sanksiyalar tətbiq edilməlidir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR