Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

"Kiçik bir səhv, kiçik bir xaos ölkəni çox ağır vəziyyətə sala bilər" - XƏBƏRDARLIQ

"Kiçik bir səhv, kiçik bir xaos ölkəni çox ağır vəziyyətə sala bilər" - XƏBƏRDARLIQ

Tarix: 19-02-2021, 09:15

Prezident və Vitse prezidentin Şuşa, Fizuli, Zəngilan,Qubadlı və Laçın səfərləri çox riskli səfərlərdir. Dünya praktikasında Dövlətin bir birlərini əvəz edə biləcək 2 şəxsinin bir təyyarədə uçması, istənilən region və ölkəyə birlikdə səfər etməsi qadağandır. Sadaladığım rayonlar riskli rayonlardır. Minalardan təmizlənməyib, terrorist qrupların olmaması təsdiqini tapmayıb. Onları başa düşmək olar. Bu riskin arxasında insanların bu zonalara köçməyi həvəsləndirmək dayanır. Hər halda ehtiyyatlı olmaq lazımdır. Ölkənin daxilində xaos yaratmaq istəyən qüvvələr baş qaldırmağa hazır vəziyyətdə dayanıb gözləyirlər. Kifayət qədər pulları olan keçmiş korrupsionerlər həbs olmaqlarından qorxur və ölkəni daxildən laxlatmaq istəyirlər. Çox ehtimal özlərinə lider də seçiblər. Səbatsız müxalif ünsürlər də bu komandanın ətrafında birləşməyə hazırdılar. Mən bilirəm bu adamlar kimlərdir. Ancaq ad çəkmək istəmirəm. Çünki ad çəksəm pançirlərində gizlənəcəklər, tapmaq çətin olacaq. DTX-nin həm daxili, həm də xarici qurumları bu insanların kimlər olduğunu yaxşı bilirlər. Hakimiyyəti gərginlik içində saxlamaq üçün bu insanların xarici ölkələrdən çox ciddi dəstəkləyənləri də vardır. Kiçik bir səhv, kiçik bir xaos ölkəni çox ağır vəziyyətə sala bilər. Hakimiyyət bu insanlardan qətiyyətlə ölkənin yaxasını qurtarmalıdır. Bu insanların sayı maksimum 5 minə (başçıları 100 yaxın) yaxındır. Hakimiyyətin qətiyyətli addımları onu dəstəkləyənlərin sayını azı 8 milyona çatdıracaq. Bu işi görmək lazımdır.

Rəsul Quliyev, Eks spiker
//moderator.az//




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR