Son Xəbər: Zelenski Trampla danışıqlardan öncə Kanadanın Baş naziri ilə görüşəcək, Şahbuzda avtomobil qaz xəttinə çırpılıb, 450 nəfər qazsız qalıb, KİV: Türkiyə yanvarın 1-dən Ermənistanla sərhədi qismən açmağa hazırdır, Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib, Sabah Bakıda yağış və sulu qar yağacaq, güclü külək əsəcək, Mədəniyyət Nazirliyinin tabeliyindəki şirkətin rəhbərliyi dəyişib, KİV: İranla Şimali Koreya arasında şübhəli maliyyə əməliyyatları aşkarlanıb, Gürcüstanda Ukrayna vətəndaşlarına sosial yardımın müddəti uzadılıb, DİN bayramda azad olunan ərazilərə səfərə çıxanlara müraciət edib - VİDEO, Rusiya Kiyevə və ətraf bölgəyə kütləvi hücumlar edib, xəsarət alanlar var,

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Tarix: 22-02-2021, 16:39


Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Azad Məhyəddin oğlu Cəfərli Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.
Azad Məhyəddin oğlu Cəfərli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin 1999-cu ildə “Beynəlxalq hüquq” ixtisası üzrə bakalavr, 2001-ci ildə “Beynəlxalq münasibətlər” ixtisası üzrə magistr, Cenevrə İnsan hüquqları Akademiyasının Beynəlxalq humanitar hüquq və insan hüquqları üzrə elmlər namizədi dərəcələrini alıb. “İşğal olunmuş ərazilərdə mədəni sərvətlərin qorunması” mövzusunda diplom müdafiəsi edib. Həmçinin, beynəlxalq hüquq və beynəlxalq münasibətlər sahəsində bir sıra kurslarda və təlimlərdə iştirak edib.
Əmək fəaliyyətinə 1999-cu ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində başlayıb. 2004-2008-ci illərdə Azərbaycan Respublikasının BMT-nin Cenevrə bölməsi yanındakı Daimi Nümayəndəliyində çalışıb.
2008-2012-ci illərdə Xəzər dənizinin hüquqi statusu, dəniz ətraf mühitinin qorunması, insan hüquqları və digər sahələrdə ekspert kimi fəaliyyət göstərib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Beynəlxalq əlaqələr şöbəsinin müdiri (2012-2016) vəzifəsində çalışıb.
Son təyinatadək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatının rəhbəri vəzifəsini daşıyıb.
Beynəlxalq hüquq və dövlət xidmətlərinin göstərilməsi mövzusunda bir sıra məqalələrin müəllifidir. “Qərb” Universitetində, ADA Universitetində və “ASAN xidmət”in Təlim mərkəzində beynəlxalq hüquq, danışıqların aparılması, dövlət xidmətlərinin göstərilməsi konsepsiyası üzrə qabaqcıl təcrübə mövzularında yerli və əcnəbi dinləyicilərə mühazirələr deyib.
İngilis, fransız, rus və türk dillərini bilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR