Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

İlham Əliyev: “Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür”

İlham Əliyev: “Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür”

Tarix: 26-02-2021, 12:00



“Ermənistanda baş verən hadisələr rəsmi İrəvanın daxili işidir”.

Bunu mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

“Ötən gün şəhid ailələri ilə görüşdə çıxışım zamanı Ermənistandakı vəziyyətə də toxundum. Bildirmək istəyirəm ki, çıxış hadisələrdən əvvəl edilmişdi. Hər kəs bilsin ki, mənim şərhlərim hadisələrdən əvvəl idi. Ancaq hadisələr onu göstərdi ki, mən tam haqlı idim. Bu gün Ermənistan o qədər ağır durumdadır ki, orada gedən proseslər ölkənin dövlətçilik əsaslarını böyük dərəcədə sarsıdır. Bunun günahkarları Ermənistanın əvvəlki və indiki rəhbərləridir”, - deyə İ.Əliyev bildirib.

Prezident qeyd edib ki, 20 il ərzində Ermənistanı faktiki olaraq uçuruma aparırdı:

“Ölkə demək olar ki, bütövlükdə müstəqillik əlamətlərini itirmişdi. Daha çox müstəmləkəyə bənzəyirdi. Bunun əsas səbəbi işğalçılıq siyasətidir. Nə qədər torpaqlarımızı işğal altında saxlamaq istəyirdilərsə, o qədər də asılı vəziyyətə düşürdülər. Ermənistanı ardıcıl olaraq bütün beynəlxalq, regional layihələrdən təcrid etmişdik. Ermənistanı iqtisadi cəhətdən sarsıtmaq, çökdürmək bizim siyasətimiz idi. Mən bunu heç vaxt gizlətmirdim. Dəfələrlə deyirdim ki, biz bu siyasəti o qədər aparacağıq ki, torpaqlarımız işğal altındadır. Ermənistan öz silahlı qüvvələrini torpaqlarımızdan çıxarsın ondan sonra bölgədə əməkdaşlıq, iş birliyi ola bilər. Əfsuslar olsun ki, onlar buna qulaq asmadı. Əgər vaxtında qulaq asaydılar, bu gün rəzil duruma düşməzdilər. Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür. Mən onların daxili vəziyyəti ilə bağlı hər hansı bir şərh vermirəm. Biz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmırıq”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR