Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Türkiyə XİN Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı

Türkiyə XİN Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı

Tarix: 26-02-2021, 14:15

Türkiyə Xarici İşlər Nazirliyi Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb.

Nazirliyin rəsmi səhifəsində yerləşdirilən açıqlamada Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki Xocalı şəhərinə Ermənistan tərəfindən tətbiq edilən hücumda, 106 qadın, 63 uşaq və 70 yaşlı olmaqla 613 günahsız Azərbaycan vətəndaşının vəhşicəsinə qətlə yetirildiyi bildirilib.

Qətliamın 29-cu ildönümü ilə əlaqədar verilən açıqlamada 1000-dən çox insanın Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyü və itkin düşənlərin taleyinin hələ də bilinmədiyi vurğulanıb:

“26 fevral 1992-ci il tarixində Ermənistan Respublikasının qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərinə hücum edilib. Dünyanın gözü qarşısında yaşanan Xocalı qətliamının səbəb olduğu yaraların hələ də təzə olduğunu bilir, can Azərbaycanın dərdini qəlbimizin ən dərin hissəsində hiss edir və bölüşürük. Xocalıdakı insanlıqdan kənar qətliamda həyatını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyir, əziz Azərbaycan xalqına bütün səmimiyyətimizlə başsağlığı verir və həyatını itirənlərin əziz xatirələri qarşısında hörmətlə baş əyirik.

Azərbaycanın işğal altındakı ərazilərini azad edən və köçkün düşmüş təxminən bir milyon azərbaycanlının evinə yol açan Vətən Müharibəsində həyatını itirən şəhidləri bir daha rəhmət və hörmətlə anırıq”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR