Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

YAP-ın yeni icra katibi kim ola bilər?

YAP-ın yeni icra katibi kim ola bilər?

Tarix: 3-03-2021, 19:35


Sfera.az-a daxil olan məlumata görə, Mübariz Qurbanlı YAP-ın icra katibi vəzifəsində Əli Əhmədovu əvəzləyəcək.
Hal-hazırda həm ictimayyətdə, həm də kluarlarda Mübariz Qurbanlı təcrübəli, intriqaya meyl etməyən kadr kimi dəyərləndirilir.

YAP-da olan zəngin iş təcrübəsi isə danılmazdır. 

Qeyd: Mübariz Qurbanlı 7 yanvar 1954-cü ildə Şəmkir rayonunda anadan olub.
Azərbaycan Dövlət Universitetinin tarix fakültəsi, daha sonra aspiranturada təhsilini davam etdirib. Fəlsəfə elmləri doktorudur.

1978-1982-ci illərdə orta məktəbdə müəllim çalışıb.

1985-2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor kimi fəaliyyət göstərib.

1996-2014-cü illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində  Azərbaycan nümayəndə heyətinin üzvü və komitə sədrinin müavini, 1995-2010-cillərdə Birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Hesablayıcı Komissiyanın sədri işləyib.

21 iyul 2014-cü ildən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olaraq çalışır.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavinidir.

Çoxsaylı elmi, elmi-publisistik, nəzəri, politoloji məqalələrin və bir neçə kitabın müəllifidir.  

Respublikanın ictimai-siyasi həyatında fəal iştirakına görə Azərbaycan Respublikası Prezidentinin 07 yanvar 2014-cü il tarixli Sərəncamı ilə "Şöhrət” ordeni ilə təltif olunub.

Ailəlidir, iki övladı var.

Dini Komitənin sədri vəzifəsinə isə hal-hazırda Diaspora ilə iş üzrə Dövlət Komitəsinə rəhbərlik edən Fuad Muradovun gətiriləcəyi bildirilir.
 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR