Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

QMİ-dən Həcc ziyarəti ilə bağlı AÇIQLAMA

QMİ-dən Həcc ziyarəti ilə bağlı AÇIQLAMA

Tarix: 3-03-2021, 19:49


Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından rəsmi bildiriş gözləyir.


Mediabiz.az xəbər verir ki, bu barədə QMİ-dən məlumat verilib.

Qeyd olunub ki, hələlik bu barədə rəsmi bildiriş gəlmədiyi üçün hər hansı fikir bildirmək çətindir. Həmçinin, rəsmi bildirişin yaxın günlərdə gələcəyi vurğulanıb.

Martın əvvəlində Səudiyyə Ərəbistanından Həcc ziyarəti ilə bağlı konkret qərar olmalıdır, yəni ziyarətin keçirilib-keçirilməyəcəyi barədə dəqiq məlumat verilməlidir.

Azərbaycandan getmək istəyənlər var və əgər razılıq verilərsə, müraciətlər toplanılacaq. Səudiyyə Ərəbistanı tərəfindən razılıq gəlsə, vaxt baxımından ziyarəti təşkil etmək mümkündür.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Həcc ziyarətinə getmək üçün zəvvarların koronavirusa qarşı peyvənd olunmasını bir məcburi şərt kimi müəyyən edib. (Trend)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR