Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Kənd yerlərində yaşayan əhali iqtisadiyyata necə töhfə verir? - ARAŞDIRMA

Kənd yerlərində yaşayan əhali iqtisadiyyata necə töhfə verir? - ARAŞDIRMA

Tarix: 4-03-2021, 18:38

Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin ümumi daxili məhsulda payı 13,4 faizdir. Eləcə də, KOB-ların ölkədaxili ümumi məşğulluqda payı 42,9 faizi təşkil edir. 
Bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasının kiçik və orta biznes subyektlərinin fəaliyyət imkanlarını və potensialını əks etdirən hesabatında məlumat verilib.
Bildirilib ki, 2018-ci ildən Azərbaycan iqtisadiyyatı neft qiymətlərinin artımı, qaz hasilatı və ixracının həyata keçirilməsi ilə yeni rifah dövrünə qədəm qoyub. 2019-cu ildə ölkə iqtisadiyyatı 2,2 faiz artımla 2014-cü ildən bəri ən yaxşı göstəricini əldə edib.
Əlavə edilib ki, iqtisadi artım qeyri-enerji sektorunun ÜDM-də payının yüksəlməsi ilə də əlaqəlidir. Belə ki, Azərbaycanda qeyri-neft sektorunun ÜDM-də payı 3,5 faiz artıb ki, bu, kənd təsərrüfatı və xidmət sahələrinin genişlənməsi hesabına qeydə alınıb.
Həmçinin qeyd olunub ki, doqquz iqlim qurşağı ilə Azərbaycan dünya miqyasında şabalıd, əncir, fındıq və albalı, çay, tütün, pambıq, üzüm və xurma kimi nadir məhsullar istehsalçısıdır. Ölkədə əhalinin təqribən 47 faizi kənd yerlərində yaşayır və məşğulluğun təqribən 39 faizi kənd təsərrüfatı və emalı sahələrinin payına düşür.
Əkinçilik sahəsinin ÜDM-də payı isə təxminən 6 faizdir. Bu sahə qeyri-neft iqtisadiyyatına böyük töhfə verərək böyüməni, yeni iş yerlərinin açılmasını və ərzaq təhlükəsizliyini stimullaşdırılması üzrə böyük potensiala malikdir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR