Son Xəbər: Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər,

Ölkənin yeni siyasi sisteminin formalaşması prosesi davam edir

Ölkənin yeni siyasi sisteminin formalaşması prosesi davam edir

Tarix: 9-03-2021, 19:16

İllərdir xalqın uzunmüddətli rifah içində yaşamasına səbəb olan başlıca amillərdən biri həmin xalqın möhkəm təməlli, ciddi nizam-intizamlı partiya tərəfindən idarə olunmasındadır. Bu prosesin bundan sonra da davamlı olmasının məntiqli davamıdır ki, biz müxtəlif ixtisaslar üzrə kadr hazırlığının ildən-ilə artdığını görürük. Şəffaflığın və inkişaf səviyyəsinin artan sıra irəliləməsi həmişə olduğu kimi indi də bu sistemin əsas prioritetidir. Yeni siyasi sistemin fonunda biz gələcəkdə də xalqın tarixi qələbədə olduğu kimi həmrəng, bir yumruq olduğunu görəcəyik. Heç şübhəsiz Yeni Azərbaycan Partiyasının sonuncu qurultayı da bu vəsilədən olan proseslərdən biridir. Bu görüşdə müzəffər Ali Baş Komandanın öz çıxışına şəhidləri bir dəqiqəlik sükutla yad etməsi də unudulası məqamlardan deyil. Onun nitqində səsləndirdiyi məsələlər – siyasi hədəflər, enerji layihələri, ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri, bölgədə sülhün və iqtisadi əməkdaşlığın bərpa olması sözsüz ki, günümüzdə çox aktualdır. Prezident öz çıxışında işğala səbəb olan AXC- Müsavat cütlüyünə də yer verdi. Beləki həmin dövrdə hakimiyyətə təsadüfi gələn adamların səriştəsiz, təcrübəsiz və qorxaq fəaliyyətləri ölkəni uçuruma sürükləmişdi. Tamam idarəolunmaz bir mühitdə dövlət rəsmiləri tamamilə iflic vəziyyətində idilər. Şübhəsiz ki, Ulu Öndərin hakimiyyətə gəlməsiylə bu kimi məsələlərə birdəfəlik son qoyulmuş oldu. Əlbəttə ki şanlı qələbədə Yeni Azərbaycan Partiyasının rolu danılmazdır. Buna siyası yolla əldə olunan uğurları, beynəlxalq arenalarda qanunların bizim tərəfimizdə olmasını misal gətirə bilərik. Və uğurları bir-birinin ardınca sıralayan Yeni Azərbaycan Partiyasının üzvləri bu gün keçirilmiş qurultayla da tərəqqinin, sülhün davamlı olmasının onlar üçün başlıca vəzifələrdən olduğunu bir daha sübut etdilər.


Hüseynova Səidə Rasim qızı

Masallı Dövlət Regional Kollecin tələbəsi 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR