Son Xəbər: Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər,

İctimai nəqliyyatda süni qiymət artımı ilə bağlı sürücülərə XƏBƏRDARLIQ: Sərt tədbirlər görüləcək

İctimai nəqliyyatda süni qiymət artımı ilə bağlı sürücülərə XƏBƏRDARLIQ: Sərt tədbirlər görüləcək

Tarix: 10-03-2021, 12:38


Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) daşıyıcı şirkət rəhbərlərinə və ictimai nəqliyyatı idarə edən sürücülərə xəbərdarlıq edib.
DANX-dan verilən məlumata görə, xəbərdarlıqda bildirilir ki, ictimai nəqliyyatda süni qiymət artımına yol verildiyi halda daşıyıcı şirkətlərə qarşı Xidmət tərəfindən sərt tədbirlər görüləcək.
Həmçinin qeyd olunub ki, vətəndaşlar paytaxt istisna olmaqla, respublikanın digər regionlarında şəhərdaxili, rayondaxili və Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobuslarda süni qiymət artımı ilə qarşılaşdıqları zaman 012-566-52-58 nömrəli “Çağrı Mərkəzi” ilə əlaqə saxlaya bilərlər.
“Bu günə qədər süni qiymət artımı ilə bağlı daxil olan şikayətlərin 96 faizinin müntəzəm marşrut xətlərinə aid olmadığı aşkarlanıb. Müntəzəm marşrut xətlərində rast gəlinən süni qiymət artımının isə sürücünün fərdi təşəbbüsü olduğu müəyyənləşib.
Bununla bağlı müvafiq daşıyıcı şirkətə məlumat verilərək problem həllini tapıb, gediş haqqı əvvəlki vəziyyətinə qaytarılıb”, - məlumatda qeyd edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR