Son Xəbər: Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər,

Ermənistanın Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsi üzrə Komissiyanın iclası keçirilib - FOTO

Ermənistanın Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsi üzrə Komissiyanın iclası keçirilib - FOTO

Tarix: 10-03-2021, 20:21

Martın 10-da Baş nazir Əli Əsədovun sədrliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə yaradılmış Dövlət Komissiyasının növbəti iclası keçirilib.
Nazirlər Kabinetindən verilən məlumata görə, iclasda Komissiyanın üzvləri və dəvət edilmiş şəxslər – təcavüzə məruz qalmış şəhər və rayonların icra hakimiyyəti başçıları və digər rəhbər şəxslər iştirak ediblər.
İclas zamanı dəymiş ziyanın qiymətləndirilməsi, ilkin yardımın göstərilməsi, qismən ziyan dəymiş və tam dağılmış tikililərin bərpası və təmiri ilə əlaqədar son vəziyyətə dair məruzələr dinlənilib.
Vətəndaşlar tərəfindən edilən əlavə müraciətlərə baxılması, qiymətləndirmə prosesində şəffaflığın təmin edilməsi, təmir və bərpa işləri ilə əlaqədar müvafiq tapşırıqlar verilib.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR