Son Xəbər: Zelenski Trampla danışıqlardan öncə Kanadanın Baş naziri ilə görüşəcək, Şahbuzda avtomobil qaz xəttinə çırpılıb, 450 nəfər qazsız qalıb, KİV: Türkiyə yanvarın 1-dən Ermənistanla sərhədi qismən açmağa hazırdır, Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib, Sabah Bakıda yağış və sulu qar yağacaq, güclü külək əsəcək, Mədəniyyət Nazirliyinin tabeliyindəki şirkətin rəhbərliyi dəyişib, KİV: İranla Şimali Koreya arasında şübhəli maliyyə əməliyyatları aşkarlanıb, Gürcüstanda Ukrayna vətəndaşlarına sosial yardımın müddəti uzadılıb, DİN bayramda azad olunan ərazilərə səfərə çıxanlara müraciət edib - VİDEO, Rusiya Kiyevə və ətraf bölgəyə kütləvi hücumlar edib, xəsarət alanlar var,

Əmək Məcəlləsinə hansı dəyişikliklər ediləcək? - ŞƏRH

Əmək Məcəlləsinə hansı dəyişikliklər ediləcək? - ŞƏRH

Tarix: 11-03-2021, 12:43

“Əmək Məcəlləsinə ediləcək dəyişikliklər kənd təsərrüfatında müddətli mövsümi əmək müqavilələrinin bağlanmasını qadağan etmir”.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov məlumat verib.

O bildirib ki, sözügedən məcəllənin 47-ci maddəsinə uyğun olaraq müddətli əmək müqaviləsinin bağlanması mümkündür:

“Həmin maddəyə əsasən, təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümi işlərin yerinə yetirilməsi zamanı, eləcə də işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda müddətli əmək müqavilələri bağlana bilər. Bu isə o deməkdir ki, kənd təsərrüfatında da mövsümi işlərin yerinə yetirilməsi zamanı bu növ müqavilələrdən istifadə oluna biləcək”.

Millət vəkili əlavə edib ki, məcəlləyə əsasən, işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən, işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda da müddətli əmək müqaviləsi bağlanıla bilər:

“Dəyişikliklə qanunvericiliyə əmək münasibətləri ilə bağlı aydın və ölçüləbilən meyarlar daxil edilir. Eyni zamanda, dəyişiklik əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmilləşdirilməsini yolverilməz hesab etsə də bu hal müddətli əmək müqavilələrin bağlanmasını qadağan etmir”.

V.Bayramov qeyd edib ki, dəyişikliklər Milli Məclisinin son plenar iclasında ikinci oxunuşda qəbul olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR