Son Xəbər: Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər,

Rusiyanın “Birinci kanal”ında Azərbaycana qarşı təxribat - VİDEO

Rusiyanın “Birinci kanal”ında Azərbaycana qarşı təxribat - VİDEO

Tarix: 11-03-2021, 23:50


Rusiyanın “Birinci kanal”ı Rusiya sülhməramlıları tərəfindən Azərbaycanın Kəlbəcər rayonuna humanitar yüklərin daşınmasına dair süjet yayımlayıb.

Mediabiz.az  xəbər verir ki, süjetdə bildirilib ki, bölgəyə ümumilikdə 130 ton həcmində elektrik avadanlıqları, dəmir-beton konstruksiyalar və tikinti materialları çatdırılıb.

Bu yardımların regionda sosial obyektlərin və yaşayış evlərini işıq və su ilə təminatı üçün son dərəcə önəmli olduğu vurğulanıb.

Sonda isə aparıcının Rusiya sülhməramlı kontingentinin Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınan ərazilərində deyil, qondarma respublikanın ərazisində olduğunu bildirməsi isə kanalda ermənipərəst meyillərin güclü olduğuna işarə edir.

Rusiyanın “Birinci kanal”ının efirində rəsmi Moskvanın mövqeyinə zidd, eyni zamanda, təxribatçı ifadələrin səslənməsi sözügedən kanalın erməni lobbisinin təsiri altında fəaliyyət göstərməsinin sübutudur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR