Son Xəbər: Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər,

Ceyhun Bayramov Ermənistandan narazılıq etdi

Ceyhun Bayramov Ermənistandan narazılıq etdi

Tarix: 17-03-2021, 14:18


“Üçtərəfli bəyanatların bir sıra müddüaların uğurla yerinə yetirilməsinə baxmayaraq, bəzi məqamlarda Ermənistandan konstruktiv yanaşmanı görmürük”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 17-də Bakıda Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçokla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Üçtərəfli bəyanata əsasən, Ermənistan Azərbaycan ərazilərindən bütün hərbi birləşmələrin çıxarılmasına dair öhdəlik götürüb. Belə olan təqdirdə biz bir daha bu faktı qarşı tərəfin diqqətinə çatdırmaq istərdik ki, Azərbaycan ərazisinə hər hansısa hərbçilərin göndərilməsi cəhdlərinə son qoyulmalıdır”, – nazir vurğulayıb.

“Üçtərəfli bəyanat bütün hərbi əməliyyatların dayandırılması deməkdir. Həmin sənəddə bu açıq formada öz əksini tapıb”.

“Belə olan təqdirdə hərbi əməliyyatların bilavasitə və ya dolayısı ilə tərkib hissəsi hesab oluna bilən bütün addımlara son qoyulmalıdır. Mən bir faktı qeyd etmək istərdim ki, 10 noyabr tarixindən sonra Ermənistan tərəfindən işğal edilmiş əraziləri 30 il ərzində çox kütləvi şəkildə minalaması nəticəsində bu əraziləri cansız məkana çevirən Ermənistan günü bu gün də mina xəritələrini verməkdən imtina edir. Bu, uzun illər ərzində bu ərazilərdə davam edən hərbi cinayətdir.

Hesab edirik ki, bu istiqamətdə dünya dövlətləri və beynəlxalq təşkilatlar səssiz qalmamalıdırlar. Ermənistana konstruktiv mövqe tutmaq baxımından əməli təsir və təzyiqlər edilməlidir”, – nazir vurğulayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR