Son Xəbər: Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər,

Putinlə Bayden niyə dost ola bilməz? - “Mehriban düşmənlər”

Putinlə Bayden niyə dost ola bilməz? - “Mehriban düşmənlər”

Tarix: 17-03-2021, 19:16


"Nəhayət uzun aradan sonra ABŞ Prezidenti Co Bayden Ağ Evdə ilk müsahibəsini verdi.

Ağ Ev sahibi “ABC” kanalına verdiyi müsahibədə Rusiya Prezidenti Vladimir Putini qatil adlandırdı. Bayden bunun ardınca dedi ki, Amerika kəşfiyyatının ona təqdim etdiyi hesabata görə Putinin əmri ilə Rusiyanın müvafiq strukturları ABŞ-da ötən il keçirilən prezident seçkisinə müdaxilə ediblər. “Buna görə Putin cavab verəcək” deyən Bayden Rusiyaya qarşı hansı addımların atılacağını konkretləşdirməyib. Aydındır ki, söhbət Rusiyaya qarşı növbəti sanksiyalardan gedir".

Cebhe.info xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq hesab edir ki, Putinlə Bayden arasındakı düşmənçilik davam edəcək:

"Başqa bir dövlətin, özəlliklə də Rusiyanın lideri üçün “qatil” ifadəsinin işlənməsi ağır gəlir. Görəsən, Putinin buna cavabı nə olacaq? Kreml sahibi həmişəki kimi soyuqqanlığını qorumağa çalışacaq və Baydenlə kəllə-kəllə gəlməyəcək. Ancaq Putin mahir siyasətçi və hiyləgər kəşfiyyatçıdır. O komandasına Amerika əleyhinə çalışmalara davam etməyi əmr verəcək. Putinin Trampla dostluğuna mane oldular, Bayden isə bəri başdan deyir ki, "Kreml sahibi mənim düşmənimdir”.

Ona görə də Putinin Baydenlə düşmənçiliyi davam etdirməkdən başqa alternativi yoxdur".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR