Son Xəbər: Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər,

Türkiyədə bütöv bir kənd yanır - Video+Yenilənib

Türkiyədə bütöv bir kənd yanır - Video+Yenilənib

Tarix: 17-03-2021, 20:27

Türkiyənin Artvin vilayətinin Yusufeli rayonunun Dərəiçi kəndində bir evdə başlayan yanğın ətrafa yayılıb.

Mediabiz.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğın hazırda 50 evi əhatə edir.

Yanğınla bağlı ölkənin daxili işlər nazirinin köməkçisi İsmail Çataklı açıqlama yayıb:

“170 evli Dərəiçi kəndində başlayan yanğın digər evlərə də sıçrayıb”.

Artvin valiliyi ilə yanğının kəndin böyük hissəsini təhdid edən ölçüdə olduğunu  bildirib və bunu fəlakət adlandırıb.

Hadisə yerinə çox sayda yanğınsöndürən cəlb edilib. Yanğınsöndürən helikopter tələb olunub.

Hazırda bu istiqamətdə iş aparılır. İnsan tələfatı yoxdur
***
Dərəiçi kəndində bir evdə başlayan yanğın 60 evə yayılıb. Küləyin əsməsi yanğının geniş miqyas almasına səbəb olub.

Artvin valisi Yılmaz Doruk bildirib ki, yanğın 17:30-dan etibarən nəzarətə götürülüb:

“Ancaq təhlükənin keçdiyini demək olmaz. Ətraf evlərdə yaşayanlar təxliyyə edilib”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR