Son Xəbər: Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək,

ŞAD XƏBƏR! Azərbaycanda bunlar PULSUZ OLACAQ - Bu tarixdən etibarən...

ŞAD XƏBƏR! Azərbaycanda bunlar PULSUZ OLACAQ - Bu tarixdən etibarən...

Tarix: 19-03-2021, 19:45

Azərbaycanın 59 rayonunda icbari tibbi xidmət tətbiq edilir. Aprelin 1-dən isə qalan bölgələrdə, o cümlədən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində icbari tibbi xidmətin tətbiqinə başlanılacaq.
Bu günə qədər tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, həzm, sidik-cinsiyyət, tənəffüs, sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, habelə gözün və gözün əlavə aparatının xəstəlikləri, sinir sistemi xəstəlikləri, mamalıq və ginekologiya ilə bağlı olub.
İcbari tibbi sığorta vətəndaş tərəfindən tam ödənişsiz əldə olunması üçün tətbiq olunan sistemdir. Bu, tibb sektorunun yeni maliyyələşmə metodudur. Əvvəllər Azərbaycanda səhiyyə sistemi dövlət büdcəsindən maliyyələşirdi. İcbari tibbi sığorta sisteminin formalaşmasından sonra tibb müəssisələri ödənişləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) və digər mənbələrdən əldə edir. Bu sistemin tətbiqi həm də maliyyə məhdudiyyətinin qarşısının alınması və tibb sektorunu daha yaxşı inkişafa motivasiya etmək üçün hesablanıb. Məqsəd tibbi xidmətləri vətəndaşlar üçün əlçatan etməkdir.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində aprelin 1-dən tətbiq olunacaq icbari tibbi xidmət zamanı vətəndaşların istifadə edə biləcəyi xidmətlərin bir hissəsini təqdim edirik:

  • Yoluxucu xəstəliklər mənbəyində xəstə ilə təmasda olan şəxslər arasında profilaktik müayinələrin aparılması və/və ya ehtiyac yaranarsa, müvafiq ixtisas həkiminə göndərişlərin verilməsi
  • Uroloqun müayinəsi USM ilə
  • Ginekoloqun müayinəsi USM ilə
  • Göz yaşı kanalının açılması, uşaqlarda
  • Doğuşa əllə yardım - Normal doğuş
  • Klassik qeysəriyyə kəsiyi əməliyyatı (qeysəriyyə kəsiyi əməliyyatı və dölün çıxarılması)
  • Epilepsiya əməliyyatı materialı müayinəsi
  • Onurğa beyni strukturlarında digər bərpa xarakterli və plastik əməliyyatlar
  • Qaraciyər koması ilə ağırlaşan A hepatiti
  • Qaraciyər koması baş vermədən müşayiət olunan delta-amilli (koinfeksiya) kəskin B hepatiti
  • Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi
  • Fəqərə sınığının bərpası (osteosintez)
  • İnsulindən asılı şəkərli diabet, koma ilə
  • Yumurtalıqlarda aparılan diaqnostik prosedurlar (diaqnostik laparoskopiya)
  • Sünnət
  • Döl və yenidoğulmuşun, ananın alkoqollu içkilərdən istifadə etməsi ilə əlaqədar zədələnmələri
  • Ürək qapağı protezi ilə bağlı mexaniki mənşəli ağırlaşma
  • Uşaqlıq, gənclik və presenil katarakta
Qeyd edək ki, "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"nin tam siyahısına BURADAN baxa bilərsiniz. (baku.vs)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR