Son Xəbər: Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək,

Prezident: “Novruz bayramını Şuşada qeyd edirik”

Prezident: “Novruz bayramını Şuşada qeyd edirik”

Tarix: 20-03-2021, 11:02

“Bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq hər il mən xalqımı Novruz bayramı münasibəti ilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, Novruz bayramını Qarabağ torpağında işğaldan sonra, torpaqlar azad olunandan sonra qeyd edəcəyik. Bu gün gəldi”.

Bu sözləri Prezident İlham Əliyev Cıdır düzündən Azərbaycan xalqına müraciəti zamanı deyib:

“Bu gün biz Novruz bayramını qədim şəhərimiz olan, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada qeyd edirik. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız fikirləşirdik, bir-birimizə deyirdik ki, inşallah gələn il Novruz bayramını Qarabağda qeyd edəcəyik, gələn il Novruz bayramını Şuşada qeyd edəcəyik. Bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik. Tarixi ədaləti bərpa etmişik”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR