Son Xəbər: Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək,

SON DƏQIQƏ! Türk Ordusu düşmənə ağır zərbə endirdi

SON DƏQIQƏ! Türk Ordusu düşmənə ağır zərbə endirdi

Tarix: 22-03-2021, 21:14

Suriyanın şimalındakı “Fərat Qalxanı” əməliyyatı zonasında 10 YPG (PKK-nın Suriya qanadı-red.) terrorçusu zərərsizləşdirilib. Oxu24.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, terrorçuların yeri pilotsuz uçuş aparatları (PUA) vasitəsilə müəyyənləşdirilib. Məlumata görə, Türkiyə Silahlı Qüvvələri Kilis vilayətini hədəf alan terror aktına cavab verməyə davam edir. “Bu tədbirlər çərçivəsində 10 PKK/YPG terrorçusu İHA tərəfindən aşkar edilərək zərərsizləşdirilib”,- deyə nazirliyin açıqlamasında qeyd olunub.
Xatırladaq ki, Türkiyə Milli Müdafiə Nazirliyi martın 18-də Suriyadan atılan raketlərin Türkiyənin cənub-mərkəzi Kilis əyalətindəki səhra bölgəsinə düşdüyünü açıqlamışdı. Bu hadisədən sonra Türkiyə Silahlı Qüvvələri PKK terrorçularının mövqelərinə cavab zərbələri endirib, nəticədə 20-dən çox hədəf məhv edilib və çox sayda terrorçu zərərsizləşdirilib. Cavab atəşi zamanı yalnız atəş mövqeləri deyil, həm də terrorçuların nəzarətində olan Təl-Rifyatdakı mövqelər də hədəf alınıb. Qeyd edək ki, ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatları siyahısına daxil edib. Suriyada PKK terrorçuları PYD və YPG adlarının arxasında gizlənir və son illərdə özlərini “Suriya Demokratik Qüvvələri” adlandırırlar. İranda isə PKK, PJAK adı altında fəaliyyət göstərir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR