Son Xəbər: Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb, Bakıda qəza olub, motosikletçi ölüb, İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib, Ceyhun Bayramov Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb, Ceyhun Bayramov NATO rəsmisi ilə enerji təhlükəsizliyi və regional prosesləri müzakirə edib, İran XİN: Hörmüz boğazından keçid minalara görə məhdudlaşdırıla bilər, İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edilib, İshaq Dar: Şahbaz Şərif Antalyada Ərdoğanla səmərəli danışıqlar aparıb, Başlıbel qətliamından 33 il ötür, Yol polisi əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib,

"İndi Mərkəzi Bank 10 milyon tələb edir" - Şərurlu İsfəndiyar

"İndi Mərkəzi Bank 10 milyon tələb edir" - Şərurlu İsfəndiyar

Tarix: 23-03-2021, 18:28


Bakı Ağır Cinayətlər Məhkəməsində “Zaminbank”ın beş milyon manatdan çox vəsaitini mənimsəməkdə ittiham edilən bankın sabiq sədri Nadir İsmayılovun məhkəməsi keçirilib.

Mediabiz.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş tanınmış iş adamı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundov sualları cavablandırıb.

İ.Axundov bildirib ki, həmin bankda onun adına iki kredit olub:

“Mənim adıma 10 milyon manatlıq kredit yazılmışdı. O pulun yarısını götürdüm və kreditimi də ödədim. İşlərimi qaydasına qoydum və pula ehtiyacım olmadığı üçün qalan beş milyonu bankdan götürmədim. Amma sonradan bu kredit üçün girov qoyduğum obyektləri qaytarmaq üçün qalan pulu da ödədim.

Ümumilikdə, banka 10 milyondan artıq pul verdim. Lakin sonradan bildim ki, əmlaklar Mərkəzi Bankda girovluqdadır, Nadir isə pulu Mərkəzi Banka ödəməyib. İndi Mərkəzi Bank da 10 milyon tələb edir. Nadirlə dost idik, yaxşı münasibətimiz var idi. Elə buna görə də onun məni aldatmasını bağışlaya bilmirəm”.

Vəkilin İsfəndiyar Axundova “Müqavilə imzalayarkən niyə baxmadınız?” sualına o,  savadsız olduğunu, həm də dostu Nadirə inandığını deyərək cavab verib.

Təqsirləndirilən Nadir İsmayılov isə İsfəndiyar Axundovun dediklərini təkzib edib:

“Mən onu aldatmamışam. İsfəndiyar Axundov düzgün danışmır. Onlar birinci dəfə beş milyon götürdülər. İkinci dəfə də qalan 5 milyona iki “Lamborghini”, iki “Ferrari” aldılar. 300 min də qudası Məhərrəmə verdi. Birinci xanımından olan oğlu üçün Türkiyəyə pul göndərdi. Danışır, amma hamısını demir”.

İsfəndiyar Axundov isə üzərinə həbs qoyulan “Flaminqo” restoranının girovluqdan çıxarılmasını istəyib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR