Son Xəbər: Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək,

Türkiyənin hakim partiyasının qurultayı başladı - YENİLƏNİB

Türkiyənin hakim partiyasının qurultayı başladı - YENİLƏNİB

Tarix: 24-03-2021, 13:15

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) VII qurultayı başlayıb.

Qurultay paytaxt Ankaranın İdman Kompleksində keçirilir.

AKP sədri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış edir.

10:05

Bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) VII qurultayı keçiriləcək.

Unikal.org xəbər verir ki, paytaxt Ankaranın İdman Kompleksində baş tutacaq qurultayda partiya sədri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "2023-cü ilin manifesti" adlı geniş nitq söyləyəcək.

Bir saat yarım davam edəcəyi gözlənilən çıxışında onun əsasən martın 2-də açıqlanan İnsan Hüquqları üzrə Fəaliyyət Planına və iqtisadi islahatlara toxunacağı gözlənilir.

Bundan başqa, qurultayda partiya fəaliyyəti ilə bağlı bir sıra mühüm qərarlar qəbul ediləcək. Belə ki, təşkilatın İdarə Heyəti üzvlərinin sayı 50-dən 75-ə çatdırılacaq. Ehtiyat üzvlərlə birlikdə 100 nəfərdən ibarət olacaq İdarə Heyətində keçmiş nazir və deputatlarla yanaşı, yeni şəxslərin təmsil olunacağı gözlənilir. İdarə Heyətində gənclərin və qadınların sayı da artırılacaq.

Bundan başqa, qurultayda AKP-nin yeni Nizamnaməsi qəbul ediləcək. Eyni zamanda, partiyanın Mərkəzi Aparatında bəzi dəyişikliklərin aparılması, yeni strukturların yaradılması planlaşdırılır. Bu dəyişikliklərin, xüsusən də AKP rəhbərliyinə yeni şəxslərin gətirilməsinin əsas məqsədi partiyanı 2023-cü ildə keçiriləcək prezident və parlament seçkilərinə hazırlamaqdır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR