Son Xəbər: Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək,

Direktorların işə qəbulu imtahanlarında rekord sayda namizəd iştirak edib - FOTO

Direktorların işə qəbulu imtahanlarında rekord sayda namizəd iştirak edib - FOTO

Tarix: 24-03-2021, 14:33


Bu il ilk dəfə direktorların işə qəbulu imtahanlarında rekord sayda – 2 683 namizəd iştirak edib.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2021-ci ilin 19 və 25 fevral tarixlərində direktorların işə qəbulu üzrə ilk dəfə onlayn sınaq imtahanları keçirilib.

Direktorların işə qəbulu üzrə keçirilən test imtahanlarının nəticələrinin təhlili namizədlərin şəxsi səhifələrinə göndərilib.

İmtahanda iştirak edən namizədlər şəxsi səhifələrinə daxil olaraq ümumi imtahan nəticəsi, respublika və işlədiyi şəhər (rayon) üzrə imtahan iştirakçıları arasında yeri, həmçinin özləri ilə eyni imtahan nəticəsi toplamış namizədlərin sayı ilə tanış ola bilərlər.

Namizədlər eyni zamanda “Test tapşırıqlarına bax” xanasına daxil olub “İmtahanlar” bölməsindən “Köhnə imtahanlar” sırasına, daha sonra “Təfsilata bax” düyməsini klikləyərək onlara təqdim olunan test tapşırıqları və cavabları ilə tanış ola bilərlər.

Qeyd edək ki, test imtahanı zamanı toplanılan bal yalnız müsahibә mәrhәlәsindә iştirak üçün keçәrlidir.

Müsahibə mərhələsi üçün keçid balı namizәdlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək və şəxsi səhifələrə bu barədə məlumat göndəriləcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR