Son Xəbər: Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək,

“Report” agentliyi Türkmənistanda akkreditə olundu

“Report” agentliyi Türkmənistanda akkreditə olundu

Tarix: 26-03-2021, 14:30



“Report” İnformasiya Agentliyi Türkmənistan Xarici İşlər Nazirliyində akkreditasiya olunub.

Bununla bağlı agentlik martın 25-də Türkmənistan Xarici İşlər Nazirliyindən təsdiq cavabı alıb.

“Kollektivin bu hadisədən məmnun olduğunu və qardaş Türkmənistanın siyasi, iqtisadi və sosial-mədəni sahələrdə qazandığı uğurları işıqlandırmaq üçün maksimum səy göstərəcəyini bildirməkdən məmnunluq duyuruq”, - “Report” agentliyinin bəyanatında bildirilir.

Qeyd edək ki, “Report” müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

O cümlədən saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR