Son Xəbər: Bu müəllimlərin də maaşları ARTACAQ, Tahir Gözəl: "Qarabağ" meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq", Ağdamda itkin düşən șəxs axtarılır, Putin sabah Qazaxıstana gedir, AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib, Avropa Liqası: "Qarabağ"ın Fransa klubu ilə oyununun hakimləri müəyyənləşib, Sabah Bakıya leysan, dağlıq ərazilərə qar yağacaq - PROQNOZ, Rusiya Prezidenti: MDB məkanında sabitliyin pozulması yolverilməzdir, Azərbaycanda ekoloji vergilərə yenidən baxıla bilər, "Qarabağ" - "Lion": Azərbaycan çempionunun Fransa klublarına qarşı 11-ci dueli - ARAŞDIRMA,

Kremlin məkrli planı: “Qarabağda separatizm gündəmdə qalsın” - "Rənglər tündləşir"

Kremlin məkrli planı: “Qarabağda separatizm gündəmdə qalsın” - "Rənglər tündləşir"

Tarix: 27-03-2021, 14:30


Rusiyanın müdafiə naziri Sergey Şoyqu növbəti dəfə ermənistanlə həmkarı Vaqarşaq Arutyunanla telefonla danışıb. Demək olar, hər həftə S.Şoyqu erməni həmkarına zəng edir və Ermənistan ordusunun yenidən qurulması istiqamətində danışıqlar aparır. Növbəti telefon danışığında Qarabağ məsələsi müzakirə olunub. Məqsəd nədir? Rusiya “mus-mus” deyincə niyə birdəfəlik “Mustafa” demir ki, hamının canı qurtarsın?!

MCP partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Kremlin məqsədini “Sherg.az”a izah etdi: “Rusiya çalışır ki, Ermənistanı Qarabağdan kənar tutmasın və bu yolla problemi gündəmdə saxlasın.

Rusiya Qarabağda yaşayan ermənilərin separatçı fəaliyyətini dəstəkləyəcəksə, bu, iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına gətirib çıxarmayacaq.

Bunu Moskva da yaxşı bilir və məhz həmin istiqamətdə çalışır. Kremlin əsas planı budur ki, separatizm gündəmdə qalsın. Yəni silahlı erməni birləşmələri ərazilərdən çıxarılmasın.

Bir həftə ərzində Rusiya və Ermənistan Qarabağdakı ermənilərlə bağlı Azərbaycana və üçtərəfli Bəyannaməyə qarşı üç provokasiya həyata keçirdi.

Birinci, Rusiya müdafiə nazirin erməni həmkarı ilə Qarabağı müzakirə etməsi və buradakı silahli erməni birləşmələrinin təminatı, Qarabağın təhlükəsizliyini qabartması.

İkinci, Qarabağda separatçıların rus dilini "rəsmi dil" elan etməsi. Üçüncü, Qarabağda ermənilərin infrastrukturunun qurulması və sosial təminatı üçün Rusiyanın Ermənistana fond adı ilə pul ayırıb, Qarabağa yönləndirməsi.

Hər üç təxribat birbaşa Azərbaycana qarşı separatçıların fəaliyyətini stimullaşdırır. Belə olan təqdirdə üçtərəfli Bəyannaməyə uyğun olaraq Azərbaycan köçkünlərinin Xankəndiyə qayıdışı sual doğurur. Kommunikasiyaların açılmasından əlavə, bir neçə bənd yerinə yetirilməmiş qalır”.

M.Əsədullazadə, həmçinin proseslərin inkişafı ilə bağlı proqnozunu verdi:

“Rusiyanın Türkiyə ilə regional müstəvidə problemləri artarsa, yaxın perspektivdə Qarabağdakı separatçıları silahlı dəstələri vasitəsilə provokasiyaya cəlb edə bilər. Sözügedən təhlükə var və bunun üçün Rusiya öz mövqeyini gücləndirməyə çalışır. Azərbaycan Türkiyə ilə birgə 10 noyabr və 11 yanvar razılaşmalarına əməl edilməsini tələb etməlidir.

Rusiya Ermənistanda hakimiyyəti dəyişə bilsə, situasiya mürəkkəbləşəcək. Bunu Paşinyan da yaxşı anlayır. Beləliklə, Rusiya üçün rəsmi İrəvanın plasdarm rolu yenidən artmaqdadır.

Amma baş nazir buna imkan verməyəcək. NATO -nun Gürcüstanda güclənməsi, Türkiyənin regionda siyasi-hərbi mövqeyinin artması Rusiyanın Ermənistanda hakimiyyəti devirib, regionda deastiblizasiya yaratmağını labüd edir.

Ona görə də Azərbaycan və Türkiyə hərbi müttəfiq müqaviləsi bağlamalı, Ermənistandan kommunikasiyaların açılmasını tələb etməlidir. Və bu, Paşinyanın hakimiyyətdə qalmasına zəmanət verir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR