Son Xəbər: Bu müəllimlərin də maaşları ARTACAQ, Tahir Gözəl: "Qarabağ" meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq", Ağdamda itkin düşən șəxs axtarılır, Putin sabah Qazaxıstana gedir, AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib, Avropa Liqası: "Qarabağ"ın Fransa klubu ilə oyununun hakimləri müəyyənləşib, Sabah Bakıya leysan, dağlıq ərazilərə qar yağacaq - PROQNOZ, Rusiya Prezidenti: MDB məkanında sabitliyin pozulması yolverilməzdir, Azərbaycanda ekoloji vergilərə yenidən baxıla bilər, "Qarabağ" - "Lion": Azərbaycan çempionunun Fransa klublarına qarşı 11-ci dueli - ARAŞDIRMA,

Şuşanın yenidən bərpası və dirçəldilməsi

Şuşanın yenidən bərpası və dirçəldilməsi

Tarix: 29-03-2021, 08:21

 

“Şuşasız bizim işimiz yarımçıq qalar” deyən Ali Baş Komandan İlham Əliyev Şuşanın dirçəldilməsi, mədəniyyət mərkəzinə çevrilməsi ilə bağlı tez-tez mesajlar verir. 44 günlük Vətən Müharibəsində əldə olunan qələbədən sonra  Prezidentin Qarabağ səfəri intevsin hal aldı. Beləliklə, İlham Əliyev qalib sərkərdə kimi Şuşaya 16 martda ikinci səfərini reallaşdırdı. Səfər məzmun və mahiyyəti baxımından çox zəngin oldu. Cənab Prezidentin Şuşada bir sıra tarixi abidələrdə olması, eyni zamanda Şuşanın yenidən bərpası ilə bağlı tapşırıqları olduqca məhsuldar idi. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə gediblər.Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və Birinci xanıma bu kompleksin bərpası layihəsi ilə bağlı məlumat verib. Bildirilib ki, bu layihə Heydər Əliyev Fondu tərəfindən həyata keçiriləcək. Layihənin icrası zamanı məqbərənin əvvəlki vəziyyətinin bərpasına xüsusi diqqət yetiriləcək. Sonra dövlətimizin başçısı, Birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Pənahəli xanın sarayının qalıqlarına baxıblar. Bu tikili Şuşa şəhərinin tarixi mərkəzində yerləşir və Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olmuş tarixi saray idi. Erməni vandalları işğal zamanı bu tarixi binanı da dağıdıblar. Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Molla Pənah Vaqifin büstünün qoyulacağı əraziyə gediblər, həmçinin Şuşa Xalça Muzeyində də olublar.
Prezident İlham Əliyev Şuşada görüləcək işlərlə əlaqədar tapşırıq və göstərişlərini verib. 
Şuşa da, dağıdılmış başqa yurdlarımız da yenidən əvvəlki gözəlliyinə qaytarılacaq. Vaqifin məqbərəsi də tezliklə bərpa olunacaq. Prezidentimiz məqbərənin bərpası layihəsini Heydər Əliyev Fondunun öz vəsaiti hesabına həyata keçirəcəyini bildirdi: “Heydər Əliyev Fonduna xas olan zövqlə, Mehriban xanımın rəhbərliyi ilə”. Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilmiş bərpa-quruculuq layihələri ilə tanış olan hər kəs üçün bu, mükəmməlliyin başqa bir adı deməkdir. O deməkdir ki, Vaqifin muzey-məqbərə kompleksi qısa zamanda dünyanın ən gözəl mədəniyyət abidələrindən birinə çevriləcək. 

          Çox qürurverici və tarixi anları yaşayırıq. Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Ermənistanın hərbi təcavüzünə cavab olaraq işğal altında olan torpaqlarımızı, o cümlədən Qarabağın baş tacı olan Şuşa şəhərini azad edib. Dövlət başçısının göstərişinə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycanın xüsusi tarixi, mədəni və strateji əhəmiyyətə malik olan şəhəri – Şuşanın bərpası və yenidənqurulması, şəhərə yenidən həyatın qaytarılması və onun gələcək inkişafının təmin edilməsi məqsədilə zəruri planlaşdırma və layihələndirmə işlərinə başlayıb.


Masallı rayon Tatyanoba kənd sakini Ocaqova Ramilə




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR